https://sputnik.az/20231017/vaqif-xacatryanin-mehkemesi-baslayib-459562063.html
Xaçatryan məhkəmədə Aramais adlı həmyerlisini ələ verdi - Yenilənib
Xaçatryan məhkəmədə Aramais adlı həmyerlisini ələ verdi - Yenilənib
Sputnik Azərbaycan
Şahid bildirib ki, Xaçatryan və dəstəsi Meşəli sakinlərini evin içinə salaraq evə od vurublar. Daha sonra yanğında əzabla ölən insanların naləsinə oynamağa... 17.10.2023, Sputnik Azərbaycan
2023-10-17T13:11+0400
2023-10-17T13:11+0400
2023-10-17T13:18+0400
cəmiyyət
məhkəmə
cinayət
məcəllə
nəfər
vaqif xaçaturyan
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0d/459562758_0:53:524:347_1920x0_80_0_0_c658126f2e5fcd4d04538aa7c3c37976.jpg
BAKI, 17 oktyabr — Sputnik. Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryan bu gün növbəti məhkəmə prosesində ifadə verib. Bakı Hərbi Məhkəməsində baş tutan iclasda Xaçatryan dövlət ittihamçısının suallarını cavablandırıb. Prokuror Xaçatryandan zərərçəkmişlər Məmməd Kazımov və Zakir Novruzovu haradan tanıdığını soruşub. Təqsirləndirilən şəxs adıçəkilən zərərçəkmişləri yalnız kənd sakini kimi tanıdığını deyib: “Üzdən xatırlayıram. Ramin İbrahimin oğlu idi. İbrahim isə mənim qardaşımla kirvədir”. Prokurorun növbəti sualı zərərçəkmişlərdən birinin idarə etdiyi təcili tibbi yardım avtomobilinə silahlı hücumla bağlı olub. Lakin təqsirləndirilən şəxs bu hadisəni də boynuna almayıb. Vaqif Xaçatryan hadisələrdə iştirak edən erməniləri də kənd sakini kimi tanıdığını deyib.Qeyd edək ki, ittiham aktına erməni dilində qulaq asan Xaçatryan suallara Azərbaycan dilində cavab verib. Hadisənin şahidlərindən biri, Meşəli kənd sakini Eldar Salmanov deyib ki, Xaçatryan və dəstəsi Meşəli sakinlərini evin içinə salaraq evə od vurublar. Daha sonra yanğında əzabla ölən insanların naləsinə oynamağa başlayıblar.Şahid Vaqif Xaçatryanın qardaşı Qurgenin də Meşəli kəndindəki qırğında iştirak etdiyini deyib: "Onun qardaşı bizim kəndin ağsaqqallarının adını çəkərək mikrofonla deyirdi ki, təslim olun, qardaşım Vaqifi sizin yanınıza göndərirəm". Vaqif Xaçatryan isə öz növbəsində deyib ki, Salmanov Eldarı tanımır və onun dedikləri yalandır. "Kənd sakinlərinə mikrofonla səslənən Aramais adlı erməni olub" - deyə hadisələrdə iştirakçı olmadığını iddia edən Xaçatryanın bu faktı açıqlaması dövlət ittihamçısının diqqətindən yayınmayıb.***Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanı bu gün keçirilən məhkəmə prosesi zamanı verilmiş ittiham üzrə özünü günahkar bilmədiyini deyib."Mən bu iddiaların heç birini qəbul etmirəm. Döyüşlərdə iştirak etməmişəm. İttiham aktındakı iddialarda iştirakçı olmamışam. Bu hadisələrin heç birində iştirak etməmişəm. Orada yaşayan azərbaycanlıların hamısını tanımışam, onlar mənə çox yaxın olub" - Xaçatryan deyib.Qeyd edək ki, Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində (https://t.me/SputnikAz/31294) ittiham aktı elan edilib.Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub.Cinayətkar dəstə 1991-ci ilin dekabrında Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıb.***Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində ittiham aktı elan olunur. Sputnik Azərbaycan xəbər verir ki, ittiham aktı prosesdə dövlət ittihamçıları - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyev tərəfindən elan edilir. ***Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vaqif Xaçatryanın hüquqlarını müdafiə edən Natiq Bəybalayev səhhətində yaranmış problemlərə görə, müdafiədən imtina edib. Vaqif Xaçatryana yeni müdafiəçi təyin edilib.Ona dövlət hesabına Radmila Abdullova yeni vəkil kimi dəvət edilib. Qeyd edək ki, qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.Prosesə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev sədrlik edir. Təqsirləndirilən və zərərçəkmiş şəxslərə hüquqları erməni dilində izah olunur.10:27Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, prosesə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev sədrlik edir. Prosesdə məhkəmə istintaqın açıq elan olunacağı və prokurorun ittiham aktının elan edəcəyi gözlənilir. Cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur. Məhkəmədən öncə zərərçəkmiş şəxslərdən biri Kazımov Məmməd İslam oğlu Sputnik Azərbaycan-a girov saxlanıldığı müddətdə ona verilən amansız işgəncələrdən danışıb. Zərərçəkmiş bu gün təqsirləndirilən Vaqif Xaçatryanın Azərbaycan dilini yaxşı bildiyini və onun da içində olduğu erməni quldurları tərəfindən əsir götürülərkən ağır işgəncələrə məruz qaldığını bildirib. "Mən girov götürüləndə 18 yaşım var idi. Girov olduğum müddətdə şəxsən Vaqif Xaçatryan tərəfindən fiziki işgəncələrə məruz qalmışam. Bizi ermənilərin əlindən o vaxt Qarabağda olan Rus hərbçiləri xilas etdi. Yoxsa onların əlindən sağ çıxacağımıza ümid yox idi. İstəyirəm ki, Xaçaturyana ən ağır cəza verilsin və ömürlük həbsə məhkum edilsin" - deyə girovluq həyatı yaşamış Məmməd Kazımov bildirib. Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.13.10.23, 11:19Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəməsi başlayıb. APA xəbər verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilir. Prosesdə ilkin olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.Bildirib ki, Vaqif Xaçatryan Azərbaycanın Xocalı rayonun Əsgəran rayonunda 1953-cü ildə anadan olub, hazırda işləmir.Daha sonra prosesdə ona hakim tərəfindən hüquqları izah edilib.İş üzrə dövlət ittihamını Baş prokurorun xüsusi işlər üzrə köməkçisi Müqəddəs Sultanov müdafiə edib.Vaqif Xaçatryan hüquqlarını vəkil Natiq Bəybalayev müdafiə edəcək. O, vəkillə etiraz etməyib.Daha sonra prosesdə zərərçəkmiş şəxs qismində tanınan Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Hüseynov təmsil edib.Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi qismində Hüseyn Hümmətov prosesdə iştirak edib. O Məşəli hadisələrində qətlə yetirilən Kərim Hümmətovun oğludur.Prosesdə tərəflərə hüquqları izah edilib.Dövlət ittihamçısı Müqəddəs Sultanov çıxış edərək işin məhkəmə baxışıına verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməməsini istəyib.Daha sonra məhkəmə baxışına edilməsi qərarı qəbul etmək üçün bağlı hakimlər müşavirəyə gedib.Məhkəmə üzrə cinayət işi məhkəmə baxışı oktybarın 17-nə təyin edilib.Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0d/459562758_0:4:524:396_1920x0_80_0_0_e154e575d0a8a97b8009b031b04d050d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə, cinayət, məcəllə, nəfər, vaqif xaçaturyan
məhkəmə, cinayət, məcəllə, nəfər, vaqif xaçaturyan
Xaçatryan məhkəmədə Aramais adlı həmyerlisini ələ verdi - Yenilənib
13:11 17.10.2023 (Yenilənib: 13:18 17.10.2023) Şahid bildirib ki, Xaçatryan və dəstəsi Meşəli sakinlərini evin içinə salaraq evə od vurublar. Daha sonra yanğında əzabla ölən insanların naləsinə oynamağa başlayıblar.
BAKI, 17 oktyabr — Sputnik. Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryan bu gün növbəti məhkəmə prosesində ifadə verib. Bakı Hərbi Məhkəməsində baş tutan iclasda Xaçatryan dövlət ittihamçısının suallarını cavablandırıb.
Prokuror Xaçatryandan zərərçəkmişlər Məmməd Kazımov və Zakir Novruzovu haradan tanıdığını soruşub. Təqsirləndirilən şəxs adıçəkilən zərərçəkmişləri yalnız kənd sakini kimi tanıdığını deyib:
“Üzdən xatırlayıram. Ramin İbrahimin oğlu idi. İbrahim isə mənim qardaşımla kirvədir”. Prokurorun növbəti sualı zərərçəkmişlərdən birinin idarə etdiyi təcili tibbi yardım avtomobilinə silahlı hücumla bağlı olub. Lakin təqsirləndirilən şəxs bu hadisəni də boynuna almayıb. Vaqif Xaçatryan hadisələrdə iştirak edən erməniləri də kənd sakini kimi tanıdığını deyib.
Qeyd edək ki, ittiham aktına erməni dilində qulaq asan Xaçatryan suallara Azərbaycan dilində cavab verib.
Hadisənin şahidlərindən biri, Meşəli kənd sakini Eldar Salmanov deyib ki, Xaçatryan və dəstəsi Meşəli sakinlərini evin içinə salaraq evə od vurublar. Daha sonra yanğında əzabla ölən insanların naləsinə oynamağa başlayıblar.
Şahid Vaqif Xaçatryanın qardaşı Qurgenin də Meşəli kəndindəki qırğında iştirak etdiyini deyib:
"Onun qardaşı bizim kəndin ağsaqqallarının adını çəkərək mikrofonla deyirdi ki, təslim olun, qardaşım Vaqifi sizin yanınıza göndərirəm".
Vaqif Xaçatryan isə öz növbəsində deyib ki, Salmanov Eldarı tanımır və onun dedikləri yalandır.
"Kənd sakinlərinə mikrofonla səslənən Aramais adlı erməni olub" - deyə hadisələrdə iştirakçı olmadığını iddia edən Xaçatryanın bu faktı açıqlaması dövlət ittihamçısının diqqətindən yayınmayıb.
Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanı bu gün keçirilən məhkəmə prosesi zamanı verilmiş ittiham üzrə özünü günahkar bilmədiyini deyib.
"Mən bu iddiaların heç birini qəbul etmirəm. Döyüşlərdə iştirak etməmişəm. İttiham aktındakı iddialarda iştirakçı olmamışam. Bu hadisələrin heç birində iştirak etməmişəm. Orada yaşayan azərbaycanlıların hamısını tanımışam, onlar mənə çox yaxın olub" - Xaçatryan deyib.
Qeyd edək ki, Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində (https://t.me/SputnikAz/31294) ittiham aktı elan edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub.
Cinayətkar dəstə 1991-ci ilin dekabrında Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıb.
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində ittiham aktı elan olunur.
Sputnik Azərbaycan xəbər verir ki, ittiham aktı prosesdə dövlət ittihamçıları - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyev tərəfindən elan edilir.
Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vaqif Xaçatryanın hüquqlarını müdafiə edən Natiq Bəybalayev səhhətində yaranmış problemlərə görə, müdafiədən imtina edib. Vaqif Xaçatryana yeni müdafiəçi təyin edilib.
Ona dövlət hesabına Radmila Abdullova yeni vəkil kimi dəvət edilib. Qeyd edək ki, qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.
Prosesə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev sədrlik edir. Təqsirləndirilən və zərərçəkmiş şəxslərə hüquqları erməni dilində izah olunur.
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, prosesə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev sədrlik edir. Prosesdə məhkəmə istintaqın açıq elan olunacağı və prokurorun ittiham aktının elan edəcəyi gözlənilir. Cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.
Məhkəmədən öncə zərərçəkmiş şəxslərdən biri Kazımov Məmməd İslam oğlu Sputnik Azərbaycan-a girov saxlanıldığı müddətdə ona verilən amansız işgəncələrdən danışıb. Zərərçəkmiş bu gün təqsirləndirilən Vaqif Xaçatryanın Azərbaycan dilini yaxşı bildiyini və onun da içində olduğu erməni quldurları tərəfindən əsir götürülərkən ağır işgəncələrə məruz qaldığını bildirib.
"Mən girov götürüləndə 18 yaşım var idi. Girov olduğum müddətdə şəxsən Vaqif Xaçatryan tərəfindən fiziki işgəncələrə məruz qalmışam. Bizi ermənilərin əlindən o vaxt Qarabağda olan Rus hərbçiləri xilas etdi. Yoxsa onların əlindən sağ çıxacağımıza ümid yox idi. İstəyirəm ki, Xaçaturyana ən ağır cəza verilsin və ömürlük həbsə məhkum edilsin" - deyə girovluq həyatı yaşamış Məmməd Kazımov bildirib.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəməsi başlayıb.
APA xəbər verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilir.
Prosesdə ilkin olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Bildirib ki, Vaqif Xaçatryan Azərbaycanın Xocalı rayonun Əsgəran rayonunda 1953-cü ildə anadan olub, hazırda işləmir.
Daha sonra prosesdə ona hakim tərəfindən hüquqları izah edilib.
İş üzrə dövlət ittihamını Baş prokurorun xüsusi işlər üzrə köməkçisi Müqəddəs Sultanov müdafiə edib.
Vaqif Xaçatryan hüquqlarını vəkil Natiq Bəybalayev müdafiə edəcək. O, vəkillə etiraz etməyib.
Daha sonra prosesdə zərərçəkmiş şəxs qismində tanınan Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Hüseynov təmsil edib.
Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi qismində Hüseyn Hümmətov prosesdə iştirak edib. O Məşəli hadisələrində qətlə yetirilən Kərim Hümmətovun oğludur.
Prosesdə tərəflərə hüquqları izah edilib.
Dövlət ittihamçısı Müqəddəs Sultanov çıxış edərək işin məhkəmə baxışıına verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməməsini istəyib.
Daha sonra məhkəmə baxışına edilməsi qərarı qəbul etmək üçün bağlı hakimlər müşavirəyə gedib.
Məhkəmə üzrə cinayət işi məhkəmə baxışı oktybarın 17-nə təyin edilib.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.