https://sputnik.az/20231017/vaqif-xacatryanin-hebsi-beynelxalq-huquq-cercivesinde-heyata-kecirilib-457403573.html
Müdafiəçi Vaqif Xaçatryanın hüquqlarının müdafiəsindən imtina edib
Müdafiəçi Vaqif Xaçatryanın hüquqlarının müdafiəsindən imtina edib
Sputnik Azərbaycan
Məhkəmədə təqsirləndirilən və zərərçəkmiş şəxslərə hüquqları erməni dilində izah olunur. 17.10.2023, Sputnik Azərbaycan
2023-10-17T10:45+0400
2023-10-17T10:45+0400
2023-10-17T10:48+0400
azərbaycan xəbərləri
vaqif xaçaturyan
azərbaycan xin
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e7/08/03/457401011_0:0:850:478_1920x0_80_0_0_37a3e4918ab1bd1ee7b91f7f255ff5dc.jpg
BAKI, 17 oktyabr — Sputnik. Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vaqif Xaçatryanın hüquqlarını müdafiə edən Natiq Bəybalayev səhhətində yaranmış problemlərə görə, müdafiədən imtina edib. Vaqif Xaçaturyana yeni müdafiəçi təyin edilib.Ona dövlət hesabına Radmila Abdullova yeni vəkil kimi dəvət edilib. Qeyd edək ki, qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb. Prosesə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev sədrlik edir. Təqsirləndirilən və zərərçəkmiş şəxslərə hüquqları erməni dilində izah olunur.18.08.23, 17:30Vaqif Xaçatryan yaxın zamanda məhkəmə qarşına çıxarılacaqBir müddət əvvəl saxlanılan Vaqif Xaçatryanın cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, yaxın zamanda o, məsuliyyətə cəlb edilmək üçün məhkəməyə çıxarılacaq. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən verilmiş məlumatda da qeyd edildiyi kimi, Vaqif Xaçatryan Çerkezoviçin bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçatryan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində 29 iyul tarixində Ermənistana gedərkən sərhəd buraxılış məntəqəsində həbs edilib.03.08.23, 15:06Vaqif Xaçatryanın həbsi beynəlxalq hüquq çərçivəsində həyata keçirilib"İnsanlıq əleyhinə cinayət törətmiş şəxs olan Vaqif Xaçatryanın həbsi ilə bağlı ictimaiyyəti yanlış yönləndirən Ermənistan tərəfinə bir daha xatırlatmaq istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib. "Bu şəxsin həbsi Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində həyata keçirilib. Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir", - məlumatda vurğulanıb.
https://sputnik.az/20230803/azerbaycan-xn-nikol-pasinyanin-seslendirdiyi-iddialara-cavab-verib-457402714.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/03/457401011_58:0:765:530_1920x0_80_0_0_4f48980d81150d1a1b8393025be07dd3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
vaqif xaçaturyan, azərbaycan xin, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan
vaqif xaçaturyan, azərbaycan xin, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan
Müdafiəçi Vaqif Xaçatryanın hüquqlarının müdafiəsindən imtina edib
10:45 17.10.2023 (Yenilənib: 10:48 17.10.2023) Məhkəmədə təqsirləndirilən və zərərçəkmiş şəxslərə hüquqları erməni dilində izah olunur.
BAKI, 17 oktyabr — Sputnik. Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vaqif Xaçatryanın hüquqlarını müdafiə edən Natiq Bəybalayev səhhətində yaranmış problemlərə görə, müdafiədən imtina edib. Vaqif Xaçaturyana yeni müdafiəçi təyin edilib.
Ona dövlət hesabına Radmila Abdullova yeni vəkil kimi dəvət edilib. Qeyd edək ki, qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.
Prosesə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev sədrlik edir. Təqsirləndirilən və zərərçəkmiş şəxslərə hüquqları erməni dilində izah olunur.
Vaqif Xaçatryan yaxın zamanda məhkəmə qarşına çıxarılacaq
Bir müddət əvvəl saxlanılan Vaqif Xaçatryanın cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, yaxın zamanda o, məsuliyyətə cəlb edilmək üçün məhkəməyə çıxarılacaq. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən verilmiş məlumatda da qeyd edildiyi kimi, Vaqif Xaçatryan Çerkezoviçin bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.
Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçatryan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində 29 iyul tarixində Ermənistana gedərkən sərhəd buraxılış məntəqəsində həbs edilib.
Vaqif Xaçatryanın həbsi beynəlxalq hüquq çərçivəsində həyata keçirilib
"İnsanlıq əleyhinə cinayət törətmiş şəxs olan Vaqif Xaçatryanın həbsi ilə bağlı ictimaiyyəti yanlış yönləndirən Ermənistan tərəfinə bir daha xatırlatmaq istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib.
"Bu şəxsin həbsi Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində həyata keçirilib. Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir", - məlumatda vurğulanıb.