https://sputnik.az/20231017/sulh-sazisinin-ilin-sonuna-qeder-imzalanmasi-mumkundur---pasinyan-459687078.html
Sülh sazişinin ilin sonuna qədər imzalanması mümkündür - Paşinyan
Sülh sazişinin ilin sonuna qədər imzalanması mümkündür - Paşinyan
Sputnik Azərbaycan
Ermənistan Baş naziri bildirib ki, Ermənistan da öz ərazisində azərbaycanlıların və Azərbaycan yüklərinin təhlükəsizliyini təmin etməyə hazırdır. 17.10.2023, Sputnik Azərbaycan
2023-10-17T15:00+0400
2023-10-17T15:00+0400
2023-10-17T15:00+0400
ermənistanın baş naziri nikol paşinyan
siyasət
ermənistan
nikol paşinyan
baş nazir nikol paşinyan
cənubi qafqaz
naxçıvan
mehri
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435911_0:0:3072:1728_1920x0_80_0_0_0763fb85f6714933cb3bb6152c97d9e2.jpg
BAKI, 17 oktyabr — Sputnik. Ermənistanla Azərbaycan arasında sülh və münasibətlərin normallaşdırılması haqqında sazişin imzalanması 2023-cü ilin sonuna qədər mümkündür. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentinin iclasında çıxışı zamanı deyib. Paşinyan çıxışı zamanı nizamlanmanın əsas prinsipləri arasında Ermənistanın ərazi bütövlüyünün təsdiqini göstərib. Onun sözlərinə görə, Ermənistan da öz ərazisində azərbaycanlıların və Azərbaycan yüklərinin təhlükəsizliyini təmin etməyə hazırdır: "Biz Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Mehri dəmir yolu xəttini bərpa etməyə hazırıq". Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib ki, Ermənistanla sülh sazişi bağlansa, Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaranacaq. "Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzrə fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - bu zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq" - Azərbaycan Prezidenti qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435911_171:0:2902:2048_1920x0_80_0_0_24865c380e3f55d236faab3597440dbe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan, ermənistan, nikol paşinyan, baş nazir nikol paşinyan, cənubi qafqaz, naxçıvan, mehri
ermənistanın baş naziri nikol paşinyan, ermənistan, nikol paşinyan, baş nazir nikol paşinyan, cənubi qafqaz, naxçıvan, mehri
Sülh sazişinin ilin sonuna qədər imzalanması mümkündür - Paşinyan
Ermənistan Baş naziri bildirib ki, Ermənistan da öz ərazisində azərbaycanlıların və Azərbaycan yüklərinin təhlükəsizliyini təmin etməyə hazırdır.
BAKI, 17 oktyabr — Sputnik. Ermənistanla Azərbaycan arasında sülh və münasibətlərin normallaşdırılması haqqında sazişin imzalanması 2023-cü ilin sonuna qədər mümkündür. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentinin iclasında çıxışı zamanı deyib.
Paşinyan çıxışı zamanı nizamlanmanın əsas prinsipləri arasında Ermənistanın ərazi bütövlüyünün təsdiqini göstərib.
Onun sözlərinə görə, Ermənistan da öz ərazisində azərbaycanlıların və Azərbaycan yüklərinin təhlükəsizliyini təmin etməyə hazırdır:
"Biz Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Mehri dəmir yolu xəttini bərpa etməyə hazırıq".
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib ki, Ermənistanla sülh sazişi bağlansa, Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaranacaq.
"Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzrə fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - bu zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq" - Azərbaycan Prezidenti qeyd edib.