NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Rusiya və Venesuela neft hasilatını daha da artırmaq yollarını müəyyənləşdiriblər - Novak

© Sputnik / Пресс-служба правительства РФ / Mediabanka keçidRusiya Baş nazirin müavini Aleksandr Novak
Rusiya Baş nazirin müavini Aleksandr Novak - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
Aleksandr Novak və Pedro Teleçeanın Moskvada Rusiya-Venesuela hökumətlərarası komissiyasının on yeddinci iclası keçirilir.
BAKI, 17 oktyabr — Sputnik. Rusiya və Venesuela gələcək əməkdaşlığın və neft hasilatının artırılması yollarını müəyyən ediblər. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib.
"Neft hasilatı sahəsində müştərək layihələr uğurla həyata keçirilir. Biz əməkdaşlığın daha da inkişaf etdirilməsi və hasilat həcminin artırılması yollarını müəyyənləşdirmişik", - deyə o, Rusiya və Venesuela arasında hökumətlərarası komissiyanın yekunlarına əsasən bildirib.
Novak bildirib ki, Rusiya və Venesuela qaz sənayesində əməkdaşlıq imkanlarını araşdırır, lakin buna bir sıra hüquqi məsələlər mane olur.
"Qaz sənayesində əməkdaşlıq perspektivi var. Amma köhnə müəssisə indi qanuni olaraq ləğv edilir. Bundan sonra isə bəzi konkret sahələri müzakirə etmək mümkün olacaq. Yığılan köhnə məsələlər həll olunur", - Novak bildirib.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak və Venesuela Bolivar Respublikasının neft üzrə xalq hakimiyyəti naziri, PDVSA-nın prezidenti Pedro Teleçeanın sədrliyi ilə bazar ertəsi Moskvada Rusiya-Venesuela hökumətlərarası komissiyasının on yeddinci iclası keçirilir.
Xəbər lenti
0