Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Rusiya Dövlət Dumasının deputatı Azərbaycan prezidentinə məktub ünvanladı

© Sputnik / Murad OrujovDmitri Savelyev
Dmitri Savelyev  - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
Bu tarixi xüsusi təntənəli edən odur ki, bu il Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa edərək Müstəqilliyin Bərpası Gününü qeyd edir.
BAKI, 17 oktyabr — Sputnik. Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Azərbaycan Respublikasının Parlamenti ilə Əlaqələr üzrə Deputatlar Qrupunun koordinatorunun müavini Dmitri Savelyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib və hökumət teleqramı göndərib. Teleqramda deyilir:
"Hörmətli İlham Heydər oğlu!
İcazənizlə, Müstəqilliyin Bərpası Günü münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!
Azad Azərbaycanın Sizin müdrik rəhbərliyiniz altında dinamik inkişafını davam etdirməsi, yeni irimiqyaslı layihələri uğurla həyata keçirməsi, milli birliyi daim qoruyub saxlaması, dünyada öz mövqeyini möhkəmləndirməsi, Rusiya ilə dostluq, qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətləri inkişaf etdirməsi ən dərin ehtiram doğurur. Bu tarixi xüsusi təntənəli edən odur ki, bu il Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa edərək Müstəqilliyin Bərpası Gününü qeyd edir. Bütün qəlbimlə Sizə, yaxınlarınıza və gözəl Respublikanızın bütün vətəndaşlarına firavanlıq, sülh və xeyirxahlıq, yeni nailiyyətlər və böyük xoşbəxtlik arzulayıram!"
Xatırladaq ki, 18 oktyabr Azərbvaycanda Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunub.. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
Xəbər lenti
0