Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"İqtisadiyyatımız çökür": Avropa Rusiyanın uğurlarına qəzəblənib

© AP Photo / David ZalubowskiLondonda supermarketdə boş rəflər,a rxiv şəkli
Londonda supermarketdə boş rəflər,a rxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
Rusiyanın istehsal sektorunda işgüzar aktivlik ardıcıl yeddinci aydır ki, artır.
BMT-nin proqnozuna görə, bu il Rusiya müsbət iqtisadi dinamikaya malik bir neçə G20 ölkələrindən birinə çevriləcək. Avropada ümidsizliyə qapılıblar: "lokomotivlər" tənəzzülə uğrayıb, əsas göstəricilər isə minimuma düşüblər. Fransa iqtisadiyyatın çökdüyünü elan edib, Almaniya isə Aİ-nin "ən zəif həlqəsi" adlandırılıb.
Maksimum artım
"S&P Global"a görə, istehsal PMI indeksi 54,5-ə yüksəlib. Avqustda bu göstərici 52,7 idi. Xatırladaq ki, əgər bu rəqəm 50-dən yuxarıdırsa, demək ki, sənaye güclənib, aşağıdırsa, zəifləyib. Rusiyada artıq yeddinci aydır ki, artım müşahidə olunur.
"Analitiklərin qeyd etdiyi kimi, bu, daha çox daxili tələbatla bağlıdır. Real sektordakı məşğulluq son 23 ilin ən sürətli tempi ilə yüksəlib. "S&P Global", həmçinin əməliyyat şəraitində kəskin yaxşılaşmanı da qeydə alıb.
Bu cür dinamika xarici məhdudiyyətlərə inamlı uyğunlaşmanın nəticəsidir, proses gözlənildiyindən daha sürətlə gedir. İstehsal, tikinti, topdan və pərakəndə ticarət genişlənir.
Maksimum yüklənmə
"Rosstat"ın məlumatına görə, avqust ayında məhsul istehsalı illik nisbətdə 5,4 faiz artıb. Aprel-may aylarında sənaye 2020-ci ilin göstəricilərinin 110 faizi səviyyəsində qalıb.
"Rusiya Bankı bildirir: ikinci rübdə istehsal gücündən istifadə 81 faizə çatıb - bu, tarixi maksimumdur. Əvvəlki rekord birinci rübdə 80,3 olub. Ən yaxşı göstəricilər mədənçıxarma (82,6), emal (75,6) və tikinti (77,7) müəssisələrindədir.
Zavodlar "daxili tələbata yenidən diqqət yetirmək və idxalı əvəzləmə proqramlarını gücləndirmək kontekstində" dövriyyələrini artırır və istehsalı modernləşdirirlər", - deyə Mərkəzi Bank izah edib. Müvafiq olaraq investisiya aktivliyi artıb.
Rekord Yeqor Qaydar adına İqtisadi Siyasət İnstitutunda da qeydə alınıb. İki rübün yekunlarına əsasən, orta yük 76,7 faiz təşkil edib (ötən il bu, 76,5 idi). Kağız və kağız məmulatlarının istehsalı - 83,6, toxuculuq və geyim istehsalı - 81,5 rəqəmləri ilə liderlərdir.
İdxal fəal şəkildə yerli şirkətlərlə əvəzlənir.

İlin birinci yarısında kompüter, elektron və optik məmulatların istehsalı 71,6 faiz, avtonəqliyyat vasitələri, qoşqu və yarımqoşqular 51,7, hazır metal məmulatları 45,8, mebel 34,3, elektrik avadanlıqları 32,1, geyim – 44 faiz artıb.

Qərb brendlərinin getməsi yüngül sənayeyə yaxşı təkan verib. Yuyucu vəsaitlər və kosmetika, geyim, qida və heyvan yemi istehsalçıları öz performanslarını yaxşılaşdırıblar.
Logistika və yük daşımaları inkişaf edib. Xarici neft treyderləri ikinci dərəcəli sanksiyalar qorxusuna görə Rusiya neftini nəql etməkdən imtina etdikdən sonra gəmiçilik şirkətlərinin sifarişləri nəzərəçarpacaq dərəcədə artıb.
Güclü azalma
Avropada isə vəziyyət başqadır. Böyük Britaniyada PMI sentyabrda 46,8-ə düşüb (avqustda 48,6). Bu, ən azı iki il yarımın göstəricisidir. Xidmət sektoru zəifləyib, istehsal azalıb.
"S&P Global" bildirib ki, "İqtisadi aktivlik azalır. Tənəzzül "getdikcə artır". ÜDM rüb ərzində 0,4 faiz itirib və azalma sürətini yalnız artırır.

Almaniyada Münhen Universitetinin İqtisadi Tədqiqatlar İnstitutunun hesabatına görə, indeks aprel ayından etibarən azalmağa başlayıb. Tikinti sektorunda - 2009-cu ilin yanvarından bəri minimum göstəricidir. Şirkətlər biznesin vəziyyətinin pisləşdiyini etiraf edirlər. Əhval-ruhiyyə isə son dərəcə pessimistdir.

Almaniya iqtisadiyyatı tənəzzül içindədir. Birinci rübdə ÜDM 2022-ci ilin dördüncü rübü ilə müqayisədə 0,3 faiz azalıb (o zaman da mənfi 0,5 idi).
"Çox güman ki, üçüncü rübdə heç bir şey yaxşılığa doğru dəyişməyəcək, çünki sənaye inkişaf etmir və şəxsi istehlak az təsir göstərir", - deyə "Bundesbank" sentyabr iqtisadi hesabatında bildirib.
Britaniyanın "The Telegraph" qəzetinin qeyd etdiyi kimi, Almaniya Aİ-nin "ən zəif halqası"na çevrilib. Bütün avrozona üzrə göstərici 43,4 bənd təşkil edir. Zəif göstəricilərin əsas səbəbi isə enerji qiymətlərinin yüksəlməsi, inflyasiyanın sürətlə artması və AMB-nin (Avropa Mərkəzi bankı) faiz dərəcələridir.
"Fransada, ümumiyyətlə, Avropa hakimiyyətini bunun üçün günahlandıraraq "çöküş" elan ediblər. Vətənpərvərlər partiyasının rəhbəri Florian Filipponun xatırlatdığı kimi, bu yaxınlarda maliyyə naziri Bruno Le Mer "Rusiya iqtisadiyyatının çökəcəyini vəd etmişdi", lakin bunun əvəzinə Fransanın iqtisadiyyatı çökdü.
"2023-cü ildə Rusiyada ÜDM 1,5 faiz, avrozonada isə 0,8 artacaq", - deyə siyasətçi hiddətlənib.
Artım sürətlənəcək
Sentyabrda beynəlxalq qurumlar yenidən Rusiya ilə bağlı proqnozlarına düzəlişlər ediblər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatında iqtisadi artımın 2023-cü ildə 0,8 faiz, 2024-cü ildə isə 0,9 faiz olacağı proqnozlaşdırılıb. Beynəlxalq Valyuta Fondu (BVF) bu il artıq üç dəfə öz hesablamalarını dəyişib: yanvarda onlar plyus 0,3 faiz hesab edirdilərsə, hazırda bu rəqəm birdən-birə bir yarım faizdir. 2024-cü ildə isə - 1,3.
"BMT-nin məlumatına görə, 2023-cü ildə Rusiya iqtisadi inkişafı sürətlənəcək bir neçə G20 ölkələrindən birinə çevriləcək. Bu barədə Ticarət və İnkişaf Konfransında (UNCTAD) məlumat verilib.
Baş beynəlxalq təşkilatın analitikləri bu il ÜDM-in 2,2 faiz, gələn il isə iki faiz artacağını proqnozlaşdırıblar.
Xəbər lenti
0