DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Peskov: Fələstin-İsrail münaqişəsinin genişlənməsi təhlükəsi qalmaqdadır

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
Fələstin-İsrail münaqişəsinin genişlənməsi bütün region üçün tamamilə dəhşətli nəticələrlə dolu ola bilər.
BAKI, 17 oktyabr — Sputnik. Fələstin-İsrail münaqişəsinin genişlənməsi təhlükəsi qalmaqdadır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə axşamı jurnalistlərə bildirib.
"Əvvəlki kimi, münaqişənin genişlənməsi təhlükəsi hələ də qalmaqdadır. Bu, bütün region üçün tamamilə dəhşətli nəticələrlə dolu ola bilər. Bu, daha böyük humanitar fəlakətlə nəticələnə bilər", - deyə Peskov bildirib.
"Ona görə də, təbii ki, hazırda əsas məsələ "qaynar" müharibəni dayandırmaq, daha sonra isə, həqiqətən də, konseptual olaraq nizamlanma prosesinə yeni səylərlə yanaşmaqdır. Bizə müstəqil Fələstin dövləti lazımdır, bizə İsrail, israillilər üçün təhlükəsizlik zəmanəti lazımdır. Onlar sülh şəraitində yaşamalı və özlərini təhlükəsiz şəraitdə hiss etməlidirlər", - deyə o əlavə edib.
Xəbər lenti
0