https://sputnik.az/20231017/pasinyan-ermenistan-azerbaycanla-delimitasiyaya-hazirdir-459690745.html
Paşinyan: Ermənistan Azərbaycanla delimitasiyaya hazırdır
Paşinyan: Ermənistan Azərbaycanla delimitasiyaya hazırdır
Sputnik Azərbaycan
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan XİN Paşinyanın iddialarına cavab vermişdi. 17.10.2023, Sputnik Azərbaycan
2023-10-17T20:28+0400
2023-10-17T20:28+0400
2023-10-17T20:28+0400
ermənistanın baş naziri nikol paşinyan
azərbaycan-ermənistan sərhədində vəziyyət
delimitasiya
ermənistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/08/425144897_0:0:3078:1731_1920x0_80_0_0_444db4a761e2924afa0490e5f8de98d1.jpg
BAKI, 17 oktyabr — Sputnik. Ermənistan Azərbaycandan SSRİ Baş Qərargahının son xəritələri əsasında sərhədlərin delimitasiyaya başlamağa razılıq verməsini gözləyir. Bunu baş nazir Nikol Paşinyan Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı deyib. Hökumət başçısı təcili olaraq delimitasiya işlərinə başlamağın vacibliyini bildirib. Onun fikrincə, SSRİ Baş Qərargahının xəritələri həm də qoşunların qarşılıqlı çıxarılması, sülh müqaviləsinin yekun təsdiqi və bütün digər məsələlərin həlli üçün əsas olmalıdır. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan XİN Paşinyanın iddialarına cavab vermişdi. XİN-dən bildirilmişdi ki, ərazi bütövlüyünə hörmətin və delimitasiyanın hər hansı bir kvadrat kilometr ilə ölçülməsi və ya hər iki tərəfdən indiyə qədər təsdiq olunmamış xəritə əsasında müəyyən edilməsi təcrübəsinin mövcud olmadığı bir şəraitdə Ermənistan baş nazirinin yenidən bu məsələlərə istinad etməsi təəccüblüdür: "Keçmiş SSRİ dövründə bölgəmiz üzrə müxtəlif dövrlərdə bir sıra xəritələrin hazırlandığını, bu xəritələrdən heç də hamısının xəritələri təsdiqləyən hüquqi sənədlərə əsaslanmadığı məlumdur. Ermənistan tərəfindən istinad edilən 1975-ci il xəritəsinə gəldikdə, belə bir xəritənin mövcud olmadığı, 1973-1986-cı illərdə bir sıra xəritələrin müxtəlif vaxtlarda hazırlandığını bir daha diqqətə çatdırmaq istərdik. Ümumilikdə, təcrübəyə əsasən delimitasiya prosesi yalnız xəritələrə əsaslanmaqla həyata keçirilmir, bu xəritələrin istinad mənbəyi olması üçün onlar beynəlxalq hüquqi sənədlərə söykənməli, o cümlədən hər iki ölkə tərəfindən hansısa formada təsdiqlənməlidir. Ermənistanın ərazi iddiaları səbəbindən bugünədək heç bir qonşusu ilə sərhədlərini delimitasiya etmədiyi bir şəraitdə delimitasiyanın Ermənistanın iddia etdiyi kimi yalnız bir xəritə əsasında edilməsi iddiası heç bir məntiqə sığmır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/08/425144897_244:0:2975:2048_1920x0_80_0_0_c793d6bee923e038a58b900047ef9f87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan, delimitasiya, ermənistan, azərbaycan
ermənistanın baş naziri nikol paşinyan, delimitasiya, ermənistan, azərbaycan
Paşinyan: Ermənistan Azərbaycanla delimitasiyaya hazırdır
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan XİN Paşinyanın iddialarına cavab vermişdi.
BAKI, 17 oktyabr — Sputnik. Ermənistan Azərbaycandan SSRİ Baş Qərargahının son xəritələri əsasında sərhədlərin delimitasiyaya başlamağa razılıq verməsini gözləyir. Bunu baş nazir Nikol Paşinyan Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı deyib.
Hökumət başçısı təcili olaraq delimitasiya işlərinə başlamağın vacibliyini bildirib. Onun fikrincə, SSRİ Baş Qərargahının xəritələri həm də qoşunların qarşılıqlı çıxarılması, sülh müqaviləsinin yekun təsdiqi və bütün digər məsələlərin həlli üçün əsas olmalıdır.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan XİN Paşinyanın iddialarına cavab vermişdi.
XİN-dən bildirilmişdi ki, ərazi bütövlüyünə hörmətin və delimitasiyanın hər hansı bir kvadrat kilometr ilə ölçülməsi və ya hər iki tərəfdən indiyə qədər təsdiq olunmamış xəritə əsasında müəyyən edilməsi təcrübəsinin mövcud olmadığı bir şəraitdə Ermənistan baş nazirinin yenidən bu məsələlərə istinad etməsi təəccüblüdür:
"Keçmiş SSRİ dövründə bölgəmiz üzrə müxtəlif dövrlərdə bir sıra xəritələrin hazırlandığını, bu xəritələrdən heç də hamısının xəritələri təsdiqləyən hüquqi sənədlərə əsaslanmadığı məlumdur. Ermənistan tərəfindən istinad edilən 1975-ci il xəritəsinə gəldikdə, belə bir xəritənin mövcud olmadığı, 1973-1986-cı illərdə bir sıra xəritələrin müxtəlif vaxtlarda hazırlandığını bir daha diqqətə çatdırmaq istərdik. Ümumilikdə, təcrübəyə əsasən delimitasiya prosesi yalnız xəritələrə əsaslanmaqla həyata keçirilmir, bu xəritələrin istinad mənbəyi olması üçün onlar beynəlxalq hüquqi sənədlərə söykənməli, o cümlədən hər iki ölkə tərəfindən hansısa formada təsdiqlənməlidir. Ermənistanın ərazi iddiaları səbəbindən bugünədək heç bir qonşusu ilə sərhədlərini delimitasiya etmədiyi bir şəraitdə delimitasiyanın Ermənistanın iddia etdiyi kimi yalnız bir xəritə əsasında edilməsi iddiası heç bir məntiqə sığmır".