https://sputnik.az/20231017/pakistan-enerji-sektorunda-rusiya-ile-uzunmuddetli-emekdasliga-umid-edir-459669986.html
Pakistan enerji sektorunda Rusiya ilə uzunmüddətli əməkdaşlığa ümid edir
Pakistan enerji sektorunda Rusiya ilə uzunmüddətli əməkdaşlığa ümid edir
Sputnik Azərbaycan
Pakistan bu ilin aprelində 100 min ton Rusiya xam nefti üçün ilk sifarişini verib. 17.10.2023, Sputnik Azərbaycan
2023-10-17T23:54+0400
2023-10-17T23:54+0400
2023-10-17T23:54+0400
pakistan
dünya xəbərləri
rusiya
əməkdaşlıq
enerji
sektor
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427937652_0:312:3086:2048_1920x0_80_0_0_e3b5be6564ba22b4d3c174f03ca66bfb.jpg
BAKI, 17 oktyabr — Sputnik. Pakistan Rusiya ilə enerji sahəsində uzunmüddətli əməkdaşlığa ümid edir. Bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Baloç "RİA Novosti"yə bildirib. "Pakistan enerji sektorunda Rusiya ilə təmasdadır. Biz Rusiyadan ilk tədarükləri (neft) almışıq və biz uzunmüddətli əməkdaşlığı, xüsusən də enerji sektorunda səbirsizliklə gözləyirik", - deyə Pakistan XİN nümayəndəsi bildirib. İki ölkə arasında müqavilənin şərtləri ilə bağlı aylarla davam edən danışıqlardan sonra Pakistan bu ilin aprelində 100 min ton Rusiya xam nefti üçün ilk sifarişini verib. Rusiyadan xam neft daşıyan iki gəmi iyunun 11 və 26-da Kəraçi limanına gəlib. Bu gəmilər ümumilikdə 101 min ton xam neft gətiriblər. Daha əvvəl Moskvada keçirilən Rusiya Enerji Həftəsi zamanı Pakistanın energetika naziri Məhəmməd Əli bildirib ki, İslamabad gələcəkdə neftə olan tələbatının, təxminən 10%-ni Rusiyadan tədarük hesabına ödəyə biləcəyini gözləyir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427937652_355:0:3086:2048_1920x0_80_0_0_b5fb75cb3c9a1ca6ae2111ee201072d1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
pakistan, rusiya, əməkdaşlıq, enerji, sektor
pakistan, rusiya, əməkdaşlıq, enerji, sektor
Pakistan enerji sektorunda Rusiya ilə uzunmüddətli əməkdaşlığa ümid edir
Pakistan bu ilin aprelində 100 min ton Rusiya xam nefti üçün ilk sifarişini verib.
BAKI, 17 oktyabr — Sputnik. Pakistan Rusiya ilə enerji sahəsində uzunmüddətli əməkdaşlığa ümid edir.
Bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Baloç "RİA Novosti"yə bildirib.
"Pakistan enerji sektorunda Rusiya ilə təmasdadır. Biz Rusiyadan ilk tədarükləri (neft) almışıq və biz uzunmüddətli əməkdaşlığı, xüsusən də enerji sektorunda səbirsizliklə gözləyirik", - deyə Pakistan XİN nümayəndəsi bildirib.
İki ölkə arasında müqavilənin şərtləri ilə bağlı aylarla davam edən danışıqlardan sonra Pakistan bu ilin aprelində 100 min ton Rusiya xam nefti üçün ilk sifarişini verib. Rusiyadan xam neft daşıyan iki gəmi iyunun 11 və 26-da Kəraçi limanına gəlib. Bu gəmilər ümumilikdə 101 min ton xam neft gətiriblər.
Daha əvvəl Moskvada keçirilən Rusiya Enerji Həftəsi zamanı Pakistanın energetika naziri Məhəmməd Əli bildirib ki, İslamabad gələcəkdə neftə olan tələbatının, təxminən 10%-ni Rusiyadan tədarük hesabına ödəyə biləcəyini gözləyir.