https://sputnik.az/20231017/ovcularin-ovcular-cemiyyetine-mecburi-uzvluk-telebi-aradan-qaldirilir-459682944.html
Ovçuların Ovçular Cəmiyyətinə məcburi üzvlük tələbi aradan qaldırılır
Ovçuların Ovçular Cəmiyyətinə məcburi üzvlük tələbi aradan qaldırılır
Sputnik Azərbaycan
Qanun layihəsinin qəbul edilməsi ilə ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletlərinin verilməsi proseduru daha da sadələşəcək. 17.10.2023, Sputnik Azərbaycan
2023-10-17T21:53+0400
2023-10-17T21:53+0400
2023-10-17T21:53+0400
ovçu
cəmiyyət
ovçuluq
"ovçuluq haqqında" azərbaycan respublikası qanunu
ovçuluq haqqında
xarici turist ovçular
https://cdnn1.img.sputnik.az/img/41739/78/417397861_0:0:4000:2251_1920x0_80_0_0_b743290245f2d87f8e24182d41dacfda.jpg
BAKI, 17 oktyabr - Sputnik. Bu gün Milli Məclisdə "Ovçuluq haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, ovçuların Ovçular Cəmiyyətinə məcburi üzvlük və digər tələblər aradan qaldırılır. Layihənin qəbul edilməsi ilə ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletlərinin verilməsi proseduru daha da sadələşəcək, qanunvericilikdə normalararası uyğunsuzluq aradan qalxacaq və ovçuluğun və ovçuluq təsərrüfatlarının daha səmərəli və effektiv təşkili təmin olunacaq. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib. Qeyd edək ki, qanun layihəsi Azərbaycan ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili, onların fəaliyyətinin səmərəli həyata keçirilməsi, ovçuluq fəaliyyəti ilə bağlı sahəni tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Qanunda ovçular cəmiyyətinə üzv olmaq ovçuların hüququ kimi qeyd edilsə də, qanunun 14.3-cü maddəsində ov etmək üçün icazə verilməsinə görə ovçuluq bileti və üzvlük bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazənin verilməsinə yol verilmədiyi göstərilib. Ovçular cəmiyyətinə üzv olmaq ovçunun hüququ olmasına baxmayaraq, ov etmək üçün icazənin verilməsinə görə üzvlük biletinin tələb edilməsi qanunun iki norması (18.1.2-ci maddəsi və 14.3-cü maddəsi) arasında uyğunsuzluğun yaranmasına səbəb olub. Qanunun normaları arasında ziddiyyətin aradan qaldırılması məqsədilə qanunun 14.3-cü maddəsində "və üzvlük bileti" sözlərinin çıxarılması, 19.0.1-ci maddəsinin ləğv edilməsi təklif edilib. Qanunun 19.0-cı maddəsinə görə, hər il üçün üzvü olduğu ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmədikdə ovçunun ov etmək hüququ dayandırılır. Ovçular cəmiyyətinə üzv olmaq məcburi olmadığına və ovçunun hüququ olduğuna görə qeyd olunan maddənin ləğv edilməsi təklif edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41739/78/417397861_451:0:4000:2662_1920x0_80_0_0_3872139715b6201ebe5906b750f8fdcf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ovçu, ovçuluq, "ovçuluq haqqında" azərbaycan respublikası qanunu, ovçuluq haqqında, xarici turist ovçular
ovçu, ovçuluq, "ovçuluq haqqında" azərbaycan respublikası qanunu, ovçuluq haqqında, xarici turist ovçular
Ovçuların Ovçular Cəmiyyətinə məcburi üzvlük tələbi aradan qaldırılır
Qanun layihəsinin qəbul edilməsi ilə ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletlərinin verilməsi proseduru daha da sadələşəcək.
BAKI, 17 oktyabr - Sputnik. Bu gün Milli Məclisdə "Ovçuluq haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, ovçuların Ovçular Cəmiyyətinə məcburi üzvlük və digər tələblər aradan qaldırılır.
Layihənin qəbul edilməsi ilə ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletlərinin verilməsi proseduru daha da sadələşəcək, qanunvericilikdə normalararası uyğunsuzluq aradan qalxacaq və ovçuluğun və ovçuluq təsərrüfatlarının daha səmərəli və effektiv təşkili təmin olunacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, qanun layihəsi Azərbaycan ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili, onların fəaliyyətinin səmərəli həyata keçirilməsi, ovçuluq fəaliyyəti ilə bağlı sahəni tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Qanunda ovçular cəmiyyətinə üzv olmaq ovçuların hüququ kimi qeyd edilsə də, qanunun 14.3-cü maddəsində ov etmək üçün icazə verilməsinə görə ovçuluq bileti və üzvlük bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazənin verilməsinə yol verilmədiyi göstərilib. Ovçular cəmiyyətinə üzv olmaq ovçunun hüququ olmasına baxmayaraq, ov etmək üçün icazənin verilməsinə görə üzvlük biletinin tələb edilməsi qanunun iki norması (18.1.2-ci maddəsi və 14.3-cü maddəsi) arasında uyğunsuzluğun yaranmasına səbəb olub. Qanunun normaları arasında ziddiyyətin aradan qaldırılması məqsədilə qanunun 14.3-cü maddəsində "və üzvlük bileti" sözlərinin çıxarılması, 19.0.1-ci maddəsinin ləğv edilməsi təklif edilib.
Qanunun 19.0-cı maddəsinə görə, hər il üçün üzvü olduğu ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmədikdə ovçunun ov etmək hüququ dayandırılır. Ovçular cəmiyyətinə üzv olmaq məcburi olmadığına və ovçunun hüququ olduğuna görə qeyd olunan maddənin ləğv edilməsi təklif edilib.