SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclis Prezident və Birinci xanımı təbrik edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
Sahibə Qafarova deyib ki, prezident İlham Əliyev tərəfindən Xankəndidə, Ağdərədə, Xocalıda Azərbaycan bayrağını ucaldılması xalqımızın qürurlu günlərindən biri idi.
BAKI, 17 oktyabr — Sputnik. Milli Məclis Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanı 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib ki, sabah biz Müstəqilliyin Bərpası Gününü qeyd edəcəyik.
Sədr bildirib ki, bu, çox tarixi gündür:
"Ötən əsrin 90-cı illərinin əvvəlləri ölkəmizin ağır günlərdən keçdiyi dövrdür. Ovaxtkı iqtidar ölkədə gərginliyi artırırdı. Bu illərdə Qarabağı itirdik. Taleyin hökmü ilə bu dəfə Heydər Əliyev fenomeni dövlət müstəqilliyimizin itirilməsinə yol vermədi. O, Azərbaycanın siyasi varlığını qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin xalq və Vətən naminə fədakarlığının nişanəsi bugünkü güclü Azərbaycandır. Onun bu binada gördüyü tədbirlər, atdığı addımlar parlamentarizm tariximizin şanlı səhifələrini təşkil edir. Dövlət idarəçiliyi sistemi təkmilləşdirilmiş, Birinci vitse-prezident institutu təşkil edilib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan xilas edilməsi Azərbaycanın qarşısında yeni inkişaf istiqamətləri açıb. Oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən Xankəndidə, Ağdərədə, Xocalıda Azərbaycan bayrağını ucaldılması xalqımızın qürurlu günlərindən biri idi. Düşmən üzərində qazanılan qələbə ulu öndərin 100 illik yubileyinə ən böyük töhfə oldu. Dövlət başçısı Xankəndidə çıxışında da separatçılara öz mesajını verdi. Mən təklif edirəm ki, Müstəqilliyin Bərpası Günü münasibətilə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təbrik məktubları ünvanlayaq".
Təklif qəbul edilib. Sədr həmçinin xatırladıb ki, bu gün Gəncənin raket atəşinə tutulmasının ildönümüdür: "Şəhid olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirik".
Xəbər lenti
0