https://sputnik.az/20231017/hec-kimden-asili-deyilik-hec-kimden-hec-ne-istemirik---lham-eliyev-459694363.html
Heç kimdən asılı deyilik, heç kimdən heç nə istəmirik - İlham Əliyev
Heç kimdən asılı deyilik, heç kimdən heç nə istəmirik - İlham Əliyev
Sputnik Azərbaycan
Prezident İlham Əliyev oktyabrın 17-də "Füzuli Şəhəri Günü"ndə iştirak edib. 17.10.2023, Sputnik Azərbaycan
2023-10-17T19:39+0400
2023-10-17T19:39+0400
2023-10-17T19:39+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
antiterror əməliyyatı
beynəlxalq
füzuli
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/11/459671643_0:87:811:543_1920x0_80_0_0_66d848f6913fd691b18f65c5cc1b93a1.jpg
BAKI, 17 oktyabr — Sputnik. "İndi bizi ittiham etməyə heç kimin haqqı yoxdur". Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 17-də "Füzuli Şəhəri Günü"ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib. "Ona görə heç kimdən asılı deyilik, heç kimdən heç nə istəmirik. Ona görə bəlkə də bəzi böyük dövlətlər bizdən narazıdırlar. Çünki onlar öyrəşiblər ki, gəlsinlər onların qabağında baş əysinlər, o da icazə versin, verməsin. Bəziləri hesab edirdilər ki, biz antiterror tədbirlərini apararkən heç kimdən soruşmamışıq. Yəni, biz kimdən soruşmalıyıq?! Nəyi soruşmalıyıq?! Bəziləri indi deyirlər ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq. Bu da qəribədir ki, bir qrup ölkə özünü beynəlxalq ictimaiyyət sayır. Axı, beynəlxalq ictimaiyyət deyəndə, 200-dən çox ölkə var, 20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla bilməz. Onlar elə öyrəşiblər, özlərindən başqa heç kimi ictimaiyyət saymırlar və belə bir ittiham indi irəli sürülür ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq, antiterror tədbirləri keçirməklə onları aldatmışıq. Bu, çox zərərli məntiqdir. Biz öz doğma torpağımızda suverenliyi bərpa etmişik haqlı olaraq, bütün norma və prinsiplərə, beynəlxalq müstəvidə təsbit olunan prinsiplərə uyğun şəkildə. İndi bizi ittiham etməyə heç kimin haqqı yoxdur. Düzdür, cəhdlər var, yəqin ki, siz də izləyirsiniz, olub və olacaq", - dövlət başçısı qeyd edib.
https://sputnik.az/20231017/azerbaycan-prezidenti-bax-ermeni-xisleti-budur-459693999.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/11/459671643_0:11:811:619_1920x0_80_0_0_17b54067e372c011a78413ebee7c82e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, antiterror əməliyyatı, beynəlxalq, füzuli
prezident ilham əliyev, antiterror əməliyyatı, beynəlxalq, füzuli
Heç kimdən asılı deyilik, heç kimdən heç nə istəmirik - İlham Əliyev
Prezident İlham Əliyev oktyabrın 17-də "Füzuli Şəhəri Günü"ndə iştirak edib.
BAKI, 17 oktyabr — Sputnik. "İndi bizi ittiham etməyə heç kimin haqqı yoxdur".
Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 17-də "Füzuli Şəhəri Günü"ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.
"Ona görə heç kimdən asılı deyilik, heç kimdən heç nə istəmirik. Ona görə bəlkə də bəzi böyük dövlətlər bizdən narazıdırlar. Çünki onlar öyrəşiblər ki, gəlsinlər onların qabağında baş əysinlər, o da icazə versin, verməsin.
Bəziləri hesab edirdilər ki, biz antiterror tədbirlərini apararkən heç kimdən soruşmamışıq. Yəni, biz kimdən soruşmalıyıq?! Nəyi soruşmalıyıq?! Bəziləri indi deyirlər ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq. Bu da qəribədir ki, bir qrup ölkə özünü beynəlxalq ictimaiyyət sayır. Axı, beynəlxalq ictimaiyyət deyəndə, 200-dən çox ölkə var, 20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla bilməz. Onlar elə öyrəşiblər, özlərindən başqa heç kimi ictimaiyyət saymırlar və belə bir ittiham indi irəli sürülür ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq, antiterror tədbirləri keçirməklə onları aldatmışıq. Bu, çox zərərli məntiqdir. Biz öz doğma torpağımızda suverenliyi bərpa etmişik haqlı olaraq, bütün norma və prinsiplərə, beynəlxalq müstəvidə təsbit olunan prinsiplərə uyğun şəkildə. İndi bizi ittiham etməyə heç kimin haqqı yoxdur. Düzdür, cəhdlər var, yəqin ki, siz də izləyirsiniz, olub və olacaq", - dövlət başçısı qeyd edib.