CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əcnəbilərin Azərbaycanda ov etməsinə qadağa qoyulması təklif olunub

© AFP 2024 / LIONEL BONAVENTUREOvçu, arxiv şəkli
Ovçu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
"Ovçuluq haqqında" qanuna dəyişiklik müzakirə edilərkən Sabir Rüstəmxanlı bildirib ki, bəzi ölkələrdən Azərbaycana gəlib burada nadir heyvan ovçuluğu ilə məşğul olanların sayı artıb. Bununla bağlı şikayətlər var. Bu məsələdə ciddi qayda yaratmaq lazımdır.
BAKI, 17 oktyabr - Sputnik. Turistlərin Azərbaycanda ov etməsinə qadağa qoyulması təklif edilib.
Bu təkliflə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında çıxış edib.
"Ovçuluq haqqında" qanuna dəyişiklik müzakirə edilərkən Sabir Rüstəmxanlı bildirib ki, bəzi ölkələrdən Azərbaycana gəlib burada nadir heyvan ovçuluğu ilə məşğul olanların sayı artıb. Bununla bağlı şikayətlər var. Bu məsələdə ciddi qayda yaratmaq lazımdır.
"Bir dəfə ov mövsümündə Qızılağac qoruğuna getmişdim, elə bildim orada müharibə gedir. Səhərdən-axşama atışma idi. Ora bir də quş gələr? Orada çox az quş qalıb", -deyə deputat bildirib.
O əlavə edib ki, Azərbaycan təbiəti heyvan və quşlarla o qədər də zəngin deyil: "Həmçinin, nadir heyvanların kökünün kəsilməsinə yol vermək olmaz. Xaricdən gələnlərin Azərbaycanda ov etməsinə qadağa qoymaq lazımdır".
Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında "Ovçuluq haqqında" qanuna dəyişiklik edilib. Qanun layihəsi Azərbaycan Respublikasının ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili, onların fəaliyyətinin effektli həyata keçirilməsi, ovçuluq fəaliyyəti ilə bağlı sahəni tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Layihə səsə qoyularaq qəbul edilib.
Xəbər lenti
0