SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

BQXK-nin Xankəndidəki ofisi fəaliyyətini dayandırıb? Rəsmi açıqlama

© Sputnik / Murad OrujovBeynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı
Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
İlahə Hüseynovanın sözlərinə görə, BQX nəqliyyat vasitəsi və daşıdığı yük, insan barədə aidiyyəti dövlət qurumlarına əvvəldən məlumat verir.
BAKI, 17 oktyabr — Sputnik. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1990-cı ildən 2020-ci ilə qədər 700-ə yaxın saxlanılan şəxsin hər iki tərəfə qaytarılmasında iştirak edib. Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, ümumilikdə saxlanılan şəxsə onu saxlayan tərəf məsuliyyət daşıyır:
"BQXK bu məsələdə heç bir məsuliyyət daşıya bilməz".
O, həmçinin qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hər hansı ərazidən keçəcək istənilən nəqliyyat vasitəsi və daşıdığı yük, insan barədə aidiyyəti dövlət qurumlarına əvvəldən məlumat verir.
İlahə Hüseynovanın sözlərinə görə, razılıq gəlmədən heç bir hərəkət ola bilməz: "Əlaqədar qurumların da həmin nəqliyyat vasitələrini və ya yükləri yoxlamaq səlahiyyəti, eləcə də nəsə qeyri-qanuni hal olsa, bunu aradan qaldırmaq hüququ var. Çünki BQXK-nin hər hansı nəqliyyat vasitəsini, yaxud yükləri yoxlayacaq texniki imkanı yoxdur. Odur ki, aidiyyəti qurumlara göndərilən məktubda belə yüklərin yoxlanılması hüquqlarının olması qeyd olunur. Bizim əsas missiyamız humanitar yüklərin yerlərə çatdırılmasıdır. Həmin yüklərin arasında dövlətin əleyhinə nəsə olsa, çıxara bilərlər".
İlahə Hüseynova onu da əlavə edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 5 ofisindən heç biri, o cümlədən Xankəndidəki ofisi fəaliyyətini dayandırmayıb. O bildirib ki, Xankəndidə olan ofis də heç vaxt Ermənistana tabe olmayıb və olmayacaq: "Qurumun illik hesabatlarında da Qarabağ hər zaman Azərbaycanın ərazisi kimi qeyd olunub".
Xəbər lenti
0