https://sputnik.az/20231017/bakida-xezer-nsaat-heftesi-sergisi-kecirilecek-459589729.html
“Rebuild Karabakh” sərgisində 370-dən çox şirkət təmsil olunacaq
“Rebuild Karabakh” sərgisində 370-dən çox şirkət təmsil olunacaq
Sputnik Azərbaycan
Sərgidə interyer, idman məhsulları, işıqlandırma, izolyasiya sistemləri, landşaft, tikinti material və məhsulları, tikinti istehsalat və avadanlıqları və digər... 17.10.2023, Sputnik Azərbaycan
2023-10-17T11:52+0400
2023-10-17T11:52+0400
2023-10-17T12:05+0400
sərgi
cəmiyyət
xəzər
bakı ekspo mərkəzi
https://cdnn1.img.sputnik.az/img/41238/18/412381886_0:0:2000:1125_1920x0_80_0_0_a3914db8047e447dae738e26e5d1d3b0.jpg
BAKI, 17 oktyabr — Sputnik. 19-21 oktyabr tarixlərində Xəzər İnşaat Həftəsinə start veriləcək. Xəzər İnşaat Həftəsi çərçivəsində 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri təşkil ediləcək. Bunu Xəzər İnşaat Həftəsi ilə bağlı keçirilən mətbuat konfransında Xəzər İnşaat Həftəsinin layihə rəhbəri Rəşad Qədimov deyib. O qeyd edib ki, Xəzər İnşaat Həftəsi zamanı Bakı Ekspo Mərkəzinin həm də açıq sahəsində stendlər nümayiş olunacaq. Xəzər İnşaat Həftəsində iştirakçılar arasında ümumilikdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Finlandiya, Fransa, İran, İspaniya, İtaliya, Hindistan, Qazaxıstan, Litva, Macarıstan, Niderland, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyədən ümumilikdə 370-dən çox şirkət yer alacaq. Sərgilərdə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Macarıstan, Özbəkistan və Rusiya Federasiyası milli və regional stendlərlə təmsil olunacaq. Sərgidə təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır. Bildirilib ki, “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri “Rebuild Karabakh 2021” sərgisi çərçivəsində imzalanan Anlaşma Memorandumuna əsasən həm təşkil olunduğu ilk ildə, həm də 2022-ci ildə sərgi sahəsinin satışından əldə olunan gəlirin bir qismini işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə, Qarabağ Dirçəliş Fonduna ianə edib. Hazırda bu istiqamətdə Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq davam etdirilir və 2023-cü ildə də hər bir sərgi iştirakçısı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürüləcək. “Rebuild Karabakh” sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, inşaat, inşaat materialları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, təhlükəsizlik, yol tikintisi və infrastrukturu və bir sıra digər sektorlar üzrə təşkil ediləcək. Sərgilər haqda ətraflı məlumat verilib, bildirilib ki, çoxillik tarixə malik olan “BakuBuild”və “Aquatherm Baku” sərgiləri isə tikinti sənayesində innovativ məhsul və xidmətlərin ölkə bazarına çıxışı üçün şərait yaradır. Bildirilib ki, “BakuBuild” sərgisi şirkətlərin tikinti sahəsində ən son nailiyyətlərini nümayiş etdirən və ən son texnologiyaları təqdim etmək imkanı yaradan platformadır. Sərgidə interyer, idman məhsulları, işıqlandırma, izolyasiya sistemləri, landşaft, tikinti material və məhsulları, tikinti istehsalat və avadanlıqları və digər bölmələr yer alacaq. Sərgidə hava təmizləyiciləri, kondisionerlər, radiatorlar, ventilyasiya sistemləri, istilik sistemləri, istilik izolyasiya materialları, saunalar, hovuzlar, qızdırıcılar, kompressorlar, soyuducular, çirkab (tullantı) su texnologiyaları, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, fitinqlər, boru kəmərləri, nasoslar, soyuducular və s. kimi sektorlar təqdim olunacaq. “Road&Traffic” sərgisi barədə bildirilib ki, bu, yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə təcrübə mübadiləsi üçün nadir imkandır. Tədbirdə o da qeyd olunub ki, Xəzər İnşaat Həftəsinin işgüzar proqramı çərçivəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair tədbirlər planı üzrə panel müzakirələri, ikitərəfli biznes görüşləri (B2B) və digər tədbirlərin keçirilməsi planlaşdırılır. İnşaat Həftəsi günlərində Bakı Exspo Mərkəzdə Şuşaya həsr olunmuş, şəhərin tarixini və mədəni dəyərlərini əks etdirən informativ stend, "Qarabağ - xalçaçılıq diyarı" guşəsində isə milli ornamentlərlə zəngin Qarabağ xalçaları nümayiş olunacaq. Bu guşədə peşəkar xalçaçılar tarixi Qarabağ xalçalarını canlı olaraq toxuyacaqlar. Bundan əlavə, "Qarabağ fərqlilərin fırçasında" adlı sağlamlıq imkanları məhdud olan uşaqların iştirakı ilə sərgi keçiriləcək. Qeyd edək ki, Xəzər İnşaat Həftəsinin təşkilatçıları “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management”, “ICA Events” şirkətləridir. Ətraflı məlumatı sərgilərə aid sosial şəbəkə hesablarından və rəsmi internet saytlarından əldə etmək mümkündür: www.rebuildkarabakh.az, www.bakubuild.az, www.aquatherm.az və www.roadtraffic.az. Qeyd edək ki, Qarabağın bərpasına həsr olunan yeganə və ilk ixtisaslaşmış sərgi olan “Rebuild Karabakh” sərgisinin məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqəti vurğulamaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir.13.10.23, 18:38Oktyabrın 17-dən 21-dək Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı "Rebuild Karabakh", 28-ci Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild" və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu "Aquatherm Baku" sərgilərini birləşdirən "Xəzər İnşaat Həftəsi" keçiriləcək. "Iteca Caspian" şirkətindən bildirilib ki, sərgi Bakı Ekspo Mərkəzində baş tutacaq. Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasından 100 il ötür. Bu əlamətdar hadisə təqvimdə olan bütün sərgilərin proqramlarında öz əksini tapacaq. Belə ki, Azərbaycanda sərgi fəaliyyətinin formalaşmasında Ümummilli Liderin müstəsna rolu olub. 1994-cü ildən − Azərbaycanda beynəlxalq sərgilərin keçirildiyi ilk gündən Ulu Öndər Heydər Əliyev bu tədbirlərin təşəbbüskarı olmuş və onları dəstəkləmişdir. "Xəzər İnşaat Həftəsi" çərçivəsində keçiriləcək sərgilərin miqyası bu il daha da genişlənərək, ötən illərlə nisbətdə ekspozisiyada artım nümayiş etdirir. Artıq 3-cü il keçiriləcək Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı – "Rebuild Karabakh" sərgisi Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgidir. Sərginin əsas məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqəti artırmaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir. Sərgi iştirakçıları arasında həm Azərbaycan, həm də xarici şirkətlər təmsil olunacaq. Bununla da, Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etmək mümkün olacaq. "Rebuild Karabakh" sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, qida sənayesi, sağlamlıq, enerjiyə qənaət sistemləri, ağıllı ev həlləri, təhlükəsizlik, təhsil, turizm və mədəni irs, eləcə də yol tikintisi və infrastrukturu bölmələri üzrə təşkil ediləcək. "Xəzər İnşaat Həftəsinin" iştirakçı ölkələri arasında ümumilikdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çexiya, Çin, Fransa, Böyük Britaniya, Niderland, Finlandiya, İspaniya, İtaliya, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, İran İslam Respublikası, Hindistan və digər ölkələrdən olan şirkətlər yer alacaq. Sərgilərdə Almaniya, Macarıstan, Özbəkistan və Rusiya Federasiyası milli və regional stendlərlə təmsil olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41238/18/412381886_0:0:1708:1280_1920x0_80_0_0_4a95eb50463f79dcdc5e724c2624780d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərgi, xəzər, bakı ekspo mərkəzi
sərgi, xəzər, bakı ekspo mərkəzi
BAKI, 17 oktyabr — Sputnik. 19-21 oktyabr tarixlərində Xəzər İnşaat Həftəsinə start veriləcək. Xəzər İnşaat Həftəsi çərçivəsində 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri təşkil ediləcək.
Bunu Xəzər İnşaat Həftəsi ilə bağlı keçirilən mətbuat konfransında Xəzər İnşaat Həftəsinin layihə rəhbəri Rəşad Qədimov deyib. O qeyd edib ki, Xəzər İnşaat Həftəsi zamanı Bakı Ekspo Mərkəzinin həm də açıq sahəsində stendlər nümayiş olunacaq.
Xəzər İnşaat Həftəsində iştirakçılar arasında ümumilikdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Finlandiya, Fransa, İran, İspaniya, İtaliya, Hindistan, Qazaxıstan, Litva, Macarıstan, Niderland, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyədən ümumilikdə 370-dən çox şirkət yer alacaq.
Sərgilərdə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Macarıstan, Özbəkistan və Rusiya Federasiyası milli və regional stendlərlə təmsil olunacaq. Sərgidə təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır. Bildirilib ki, “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri “Rebuild Karabakh 2021” sərgisi çərçivəsində imzalanan Anlaşma Memorandumuna əsasən həm təşkil olunduğu ilk ildə, həm də 2022-ci ildə sərgi sahəsinin satışından əldə olunan gəlirin bir qismini işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə, Qarabağ Dirçəliş Fonduna ianə edib. Hazırda bu istiqamətdə Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq davam etdirilir və 2023-cü ildə də hər bir sərgi iştirakçısı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürüləcək.
“Rebuild Karabakh” sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, inşaat, inşaat materialları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, təhlükəsizlik, yol tikintisi və infrastrukturu və bir sıra digər sektorlar üzrə təşkil ediləcək. Sərgilər haqda ətraflı məlumat verilib, bildirilib ki, çoxillik tarixə malik olan “BakuBuild”və “Aquatherm Baku” sərgiləri isə tikinti sənayesində innovativ məhsul və xidmətlərin ölkə bazarına çıxışı üçün şərait yaradır. Bildirilib ki, “BakuBuild” sərgisi şirkətlərin tikinti sahəsində ən son nailiyyətlərini nümayiş etdirən və ən son texnologiyaları təqdim etmək imkanı yaradan platformadır.
Sərgidə interyer, idman məhsulları, işıqlandırma, izolyasiya sistemləri, landşaft, tikinti material və məhsulları, tikinti istehsalat və avadanlıqları və digər bölmələr yer alacaq. Sərgidə hava təmizləyiciləri, kondisionerlər, radiatorlar, ventilyasiya sistemləri, istilik sistemləri, istilik izolyasiya materialları, saunalar, hovuzlar, qızdırıcılar, kompressorlar, soyuducular, çirkab (tullantı) su texnologiyaları, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, fitinqlər, boru kəmərləri, nasoslar, soyuducular və s. kimi sektorlar təqdim olunacaq.
“Road&Traffic” sərgisi barədə bildirilib ki, bu, yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə təcrübə mübadiləsi üçün nadir imkandır.
Tədbirdə o da qeyd olunub ki, Xəzər İnşaat Həftəsinin işgüzar proqramı çərçivəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair tədbirlər planı üzrə panel müzakirələri, ikitərəfli biznes görüşləri (B2B) və digər tədbirlərin keçirilməsi planlaşdırılır. İnşaat Həftəsi günlərində Bakı Exspo Mərkəzdə Şuşaya həsr olunmuş, şəhərin tarixini və mədəni dəyərlərini əks etdirən informativ stend, "Qarabağ - xalçaçılıq diyarı" guşəsində isə milli ornamentlərlə zəngin Qarabağ xalçaları nümayiş olunacaq. Bu guşədə peşəkar xalçaçılar tarixi Qarabağ xalçalarını canlı olaraq toxuyacaqlar.
Bundan əlavə, "Qarabağ fərqlilərin fırçasında" adlı sağlamlıq imkanları məhdud olan uşaqların iştirakı ilə sərgi keçiriləcək. Qeyd edək ki, Xəzər İnşaat Həftəsinin təşkilatçıları “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management”, “ICA Events” şirkətləridir. Ətraflı məlumatı sərgilərə aid sosial şəbəkə hesablarından və rəsmi internet saytlarından əldə etmək mümkündür: www.rebuildkarabakh.az, www.bakubuild.az, www.aquatherm.az və www.roadtraffic.az.
Qeyd edək ki, Qarabağın bərpasına həsr olunan yeganə və ilk ixtisaslaşmış sərgi olan “Rebuild Karabakh” sərgisinin məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqəti vurğulamaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir.
Oktyabrın 17-dən 21-dək Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı "Rebuild Karabakh", 28-ci Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild" və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu "Aquatherm Baku" sərgilərini birləşdirən "Xəzər İnşaat Həftəsi" keçiriləcək.
"Iteca Caspian" şirkətindən bildirilib ki, sərgi Bakı Ekspo Mərkəzində baş tutacaq.
Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasından 100 il ötür. Bu əlamətdar hadisə təqvimdə olan bütün sərgilərin proqramlarında öz əksini tapacaq. Belə ki, Azərbaycanda sərgi fəaliyyətinin formalaşmasında Ümummilli Liderin müstəsna rolu olub. 1994-cü ildən − Azərbaycanda beynəlxalq sərgilərin keçirildiyi ilk gündən Ulu Öndər Heydər Əliyev bu tədbirlərin təşəbbüskarı olmuş və onları dəstəkləmişdir.
"Xəzər İnşaat Həftəsi" çərçivəsində keçiriləcək sərgilərin miqyası bu il daha da genişlənərək, ötən illərlə nisbətdə ekspozisiyada artım nümayiş etdirir.
Artıq 3-cü il keçiriləcək Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı – "Rebuild Karabakh" sərgisi Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgidir. Sərginin əsas məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqəti artırmaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir. Sərgi iştirakçıları arasında həm Azərbaycan, həm də xarici şirkətlər təmsil olunacaq. Bununla da, Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etmək mümkün olacaq. "Rebuild Karabakh" sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, qida sənayesi, sağlamlıq, enerjiyə qənaət sistemləri, ağıllı ev həlləri, təhlükəsizlik, təhsil, turizm və mədəni irs, eləcə də yol tikintisi və infrastrukturu bölmələri üzrə təşkil ediləcək.
"Xəzər İnşaat Həftəsinin" iştirakçı ölkələri arasında ümumilikdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çexiya, Çin, Fransa, Böyük Britaniya, Niderland, Finlandiya, İspaniya, İtaliya, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, İran İslam Respublikası, Hindistan və digər ölkələrdən olan şirkətlər yer alacaq. Sərgilərdə Almaniya, Macarıstan, Özbəkistan və Rusiya Federasiyası milli və regional stendlərlə təmsil olunacaq.