CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda itkin düşmüş və əsir götürülmüş şəxslərlə bağlı məlumat bazası yaradıla bilər

© Depositphotos.com / Yacobchuk1Əli bağlanmış adam
Əli bağlanmış adam - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev mətbuata açıqlamasında bildirib ki, əsir götürülənlərin bir qismi sağ olduğu etimal olunur.
BAKI, 17 oktyabr — Sputnik. "Azərbaycanda itkin düşmüş və əsir götürülmüş şəxslərin məlumatlarının istifadəsi məqsədilə ortaq data bazası yaratmaq üçün Azərbaycan hökuməti ilə birgə işləyirik".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Məhkəmə-tibbi ekspertiza məsələləri üzrə koordinatoru Elif Günçe Eskiköy deyib.
Qeyd edək ki, Azərbaycan Respublikasının baş prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev mətbuata açıqlamasında bildirib ki, əsir götürülənlərin bir qismi sağ olduğu etimal olunur.
"Ehtimallar var ki, əsir götürülənlərin bir qismi sağdır və Ermənistan ərazisində qul kimi işlədilir. Bir qismi isə əsir götürüldükdən sonra qətlə yetirilib, müxtəlif yerlərdə kütləvi şəkildə basdırılıb", - o deyib.
Xəbər lenti
0