DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avroparlamentin deputatı: Rusiyaya qarşı sanksiyalar əleyhdarlarımızın sayını artırıb

© AP PhotoRusiya bayrağı
Rusiya bayrağı - Sputnik Azərbaycan, 1920, 17.10.2023
Abunə olmaq
Avropa Parlamentinin deputatı Terri Mariani bildirib ki, Aİ hər ay üçüncü ölkələr vasitəsilə Rusiyadan milyardlarla ton enerji məhsulları alır.
BAKI, 17 oktyabr — Sputnik. Rusiyaya qarşı sanksiyalarımız bütün dünyada Aİ-nin əleyhdarlarının sayının artırır və bu proses davam edəcək. Bunu Fransanın müxalifətdən olan Avropa Parlamentinin deputatı Terri Mariani sessiyada Rusiyaya qarşı sanksiyalara dair dinləmələrdə çıxış edərkən deyib.
"Ukraynada müharibənin ilk aylarını xatırlayın. Makron hökumətinin nazirləri və Avropa Komissiyasının rəsmiləri bizə bildirdilər ki, sanksiyalarla Rusiyanı diz çökdürəcəklər. Rusiyanı daş dövrünə göndərəcəklərini vəd etdilər, amma əslində bu, bizim ailələrimiz dağıdıcı inflyasiyanın və artanenerji qiymətlərinin qurbanı oldu. Aİ Rusiyaya qarşı 12-ci sanksiya paketini hazırlayır, 1800 nəfər artıq sanksiya siyahısına daxil edilib. Hətta cənab Borrell mart ayında etiraf etməli oldu ki, Avropa İttifaqı bu sahədə öz imkanlarının son həddinə çatıb"
Mariani diqqəti Avropa sanksiyalarının yalnız Afrika, Asiya və Cənubi Amerikada problemləri artırmasına yönəldib.
"İndi isə siz sanksiyalardan yayınanlarla mübarizə aparmağı təklif edirsiniz. Baxmayaraq ki, biz hər ay özümüz üçüncü ölkələr vasitəsilə Rusiyadan milyardlarla ton enerji məhsulları alırıq. Mən hətta Rusiyadan, eləcə də ABŞ-dan asılı olan bizim nüvə enerji sənayemizdən danışmıram. Bir sözlə, bu böhran zamanı Avropa İttifaqı yalnız bir şeyə nail ola bildi – rəqiblərinin siyahısını genişləndirdi və bu proses davam edəcək", - Mariani bildirib.
Xəbər lenti
0