https://sputnik.az/20231017/abs-sraili-qezzada-dinc-sakinlere-hucum-etmeye-tesviq-edir---ran-xn-459690996.html
ABŞ İsraili Qəzzada dinc sakinlərə hücum etməyə təşviq edir - İran XİN
ABŞ İsraili Qəzzada dinc sakinlərə hücum etməyə təşviq edir - İran XİN
Sputnik Azərbaycan
İran Xarici İşlər Nazirliyinin rəhbəri Qəzzada hər gün 300-dən 700-ə qədər mülki şəxsin həlak olduğunu vurğulayıb. 17.10.2023, Sputnik Azərbaycan
2023-10-17T22:55+0400
2023-10-17T22:55+0400
2023-10-17T22:55+0400
iran
dünya xəbərləri
abş
qəzza
qəzza zolağı
dinc əhali
hücum
əmir abdullahiyan
xin
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454315725_0:160:3072:1888_1920x0_80_0_0_d3f658b7579cbeb667b645acf8546408.jpg
BAKI, 17 oktyabr — Sputnik. ABŞ İsraili Qəzzada dinc əhaliyə hücum etməyə təşviq edir. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Aİ diplomatiyasının rəhbəri Cozep Borrell ilə telefon danışığında bildirib. İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Əmir Abdullahiyan ABŞ-ın qeyri-konstruktiv siyasətini və Vaşinqtonun İsrail rejimini Qəzzada dinc əhaliyə qarşı daha çox hücumlar həyata keçirməyə təşviq etməsini müharibənin davam etdirilməsi və genişlənməsi üçün mühüm amil adlandırıb". İran Xarici İşlər Nazirliyinin rəhbəri Qəzzanın mühasirəyə alınması və humanitar dəhlizlərin bağlanması səbəbindən bu şəhərin sakinlərinə dərman və ərzaq göndərilməsinin mümkünsüzlüyünü bildirərək, Qəzzada hər gün 300-dən 700-ə qədər mülki şəxsin həlak olduğunu vurğulayıb. Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb. Qəzza zolağında qurbanların sayı 2 mini keçib, həlak olan İsrail sakinlərinin sayı isə mini keçib, bir neçə min israilli və fələstinli yaralanıb. Müxtəlif mənbələrə görə, HƏMAS 150-yə yaxın israillini əsir saxlaya bilər. Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür. Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454315725_171:0:2902:2048_1920x0_80_0_0_02c5f93ae3850982318c798c99fc1de3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, abş, qəzza, qəzza zolağı, dinc əhali, hücum, əmir abdullahiyan, xin
iran, abş, qəzza, qəzza zolağı, dinc əhali, hücum, əmir abdullahiyan, xin
ABŞ İsraili Qəzzada dinc sakinlərə hücum etməyə təşviq edir - İran XİN
İran Xarici İşlər Nazirliyinin rəhbəri Qəzzada hər gün 300-dən 700-ə qədər mülki şəxsin həlak olduğunu vurğulayıb.
BAKI, 17 oktyabr — Sputnik. ABŞ İsraili Qəzzada dinc əhaliyə hücum etməyə təşviq edir.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Aİ diplomatiyasının rəhbəri Cozep Borrell ilə telefon danışığında bildirib.
İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Əmir Abdullahiyan ABŞ-ın qeyri-konstruktiv siyasətini və Vaşinqtonun İsrail rejimini Qəzzada dinc əhaliyə qarşı daha çox hücumlar həyata keçirməyə təşviq etməsini müharibənin davam etdirilməsi və genişlənməsi üçün mühüm amil adlandırıb".
İran Xarici İşlər Nazirliyinin rəhbəri Qəzzanın mühasirəyə alınması və humanitar dəhlizlərin bağlanması səbəbindən bu şəhərin sakinlərinə dərman və ərzaq göndərilməsinin mümkünsüzlüyünü bildirərək, Qəzzada hər gün 300-dən 700-ə qədər mülki şəxsin həlak olduğunu vurğulayıb.
Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Qəzza zolağında qurbanların sayı 2 mini keçib, həlak olan İsrail sakinlərinin sayı isə mini keçib, bir neçə min israilli və fələstinli yaralanıb. Müxtəlif mənbələrə görə, HƏMAS 150-yə yaxın israillini əsir saxlaya bilər.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.