https://sputnik.az/20231017/abs-da-avtomobillerden-tamamile-azad-bir-seher-qurmaga-baslayiblar-459659582.html
ABŞ-da avtomobillərdən tamamilə azad bir şəhər qurmağa başlayıblar
ABŞ-da avtomobillərdən tamamilə azad bir şəhər qurmağa başlayıblar
Sputnik Azərbaycan
ABŞ-da oxşar piyada layihələri artıq Nyu-York və San-Fransiskoda həyata keçirilib, lakin onlarda kirayə evlərin qiyməti bahadır, Kuldesak isə öz kirayəçilərinə... 17.10.2023, Sputnik Azərbaycan
2023-10-17T06:07+0400
2023-10-17T06:07+0400
2023-10-17T06:07+0400
abş
elm
piyada
layihə
velosiped
arizona ştatı
şəhər
https://cdnn1.img.sputnik.az/img/41974/31/419743172_0:312:3000:2000_1920x0_80_0_0_eb1cd7db67b330ec7ea8caff212bbe15.jpg
BAKI, 17 oktyabr — Sputnik. ABŞ-ın Arizona ştatında tərtibatçılar cəsarətli bir təcrübə keçiriblər. Onlar yalnız piyadalar üçün nəzərdə tutulmuş yaşayış sahəsi yaradıblar. Burada təkcə avtomobillər üçün adi dayanacağı deyil, həm də asfalt örtüyü yoxdur. Piyadalar üçün cənnət yaradıcılarının dediyinə görə, onlar kolleclərin kampuslarındakı yaşayış təcrübəsindən ilhamlanıblar. Belə ki, kiçik ərazidə yığcam şəkildə yaşayan gənclər yalnız piyada hərəkət edir və qonşularını yaxşı tanıyırdılar. Kuldesakdakı evlər üç mərtəbədən hündür olmayıb, əsasən ağ qum daşından tikiliblər, yollar isə adi asfalt ilə örtülməyiblər. Rayonda piyada və ya velosipedlə hərəkət etmək olar. Evlərin sıx düzülüşü və onların, demək olar ki, ağ divarları təxminən 7 hektar ərazini tutan şəhərcik ərazisində hətta çöldə 50 dərəcə isti olduqda belə rahat temperatur təmin edir. Bütün lazımi infrastruktur piyada məsafəsindədir. Hazırda Kuldesakda cəmi onlarla ailə yaşayır, lakin ərazinin yaradıcılarının fikrincə, artıq sakinləri qəbul etməyə hazır olan 700-dən çox mənzil var və sonradan Kuldesak şəhərə çevriləcək. ABŞ-da oxşar piyada layihələri artıq Nyu-York və San-Fransiskoda həyata keçirilib, lakin onlarda kirayə evlərin qiyməti bahadır, Kuldesak isə öz kirayəçilərinə ən münasib qiymətləri vəd edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41974/31/419743172_333:0:3000:2000_1920x0_80_0_0_34808a1b7d7cc10b1bcb6f7be2558876.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, piyada, layihə, velosiped, arizona ştatı, şəhər
abş, piyada, layihə, velosiped, arizona ştatı, şəhər
ABŞ-da avtomobillərdən tamamilə azad bir şəhər qurmağa başlayıblar
ABŞ-da oxşar piyada layihələri artıq Nyu-York və San-Fransiskoda həyata keçirilib, lakin onlarda kirayə evlərin qiyməti bahadır, Kuldesak isə öz kirayəçilərinə ən münasib qiymətləri vəd edir.
BAKI, 17 oktyabr — Sputnik. ABŞ-ın Arizona ştatında tərtibatçılar cəsarətli bir təcrübə keçiriblər. Onlar yalnız piyadalar üçün nəzərdə tutulmuş yaşayış sahəsi yaradıblar. Burada təkcə avtomobillər üçün adi dayanacağı deyil, həm də asfalt örtüyü yoxdur.
Piyadalar üçün cənnət yaradıcılarının dediyinə görə, onlar kolleclərin kampuslarındakı yaşayış təcrübəsindən ilhamlanıblar. Belə ki, kiçik ərazidə yığcam şəkildə yaşayan gənclər yalnız piyada hərəkət edir və qonşularını yaxşı tanıyırdılar.
Kuldesakdakı evlər üç mərtəbədən hündür olmayıb, əsasən ağ qum daşından tikiliblər, yollar isə adi asfalt ilə örtülməyiblər. Rayonda piyada və ya velosipedlə hərəkət etmək olar.
Evlərin sıx düzülüşü və onların, demək olar ki, ağ divarları təxminən 7 hektar ərazini tutan şəhərcik ərazisində hətta çöldə 50 dərəcə isti olduqda belə rahat temperatur təmin edir. Bütün lazımi infrastruktur piyada məsafəsindədir.
Hazırda Kuldesakda cəmi onlarla ailə yaşayır, lakin ərazinin yaradıcılarının fikrincə, artıq sakinləri qəbul etməyə hazır olan 700-dən çox mənzil var və sonradan Kuldesak şəhərə çevriləcək.
ABŞ-da oxşar piyada layihələri artıq Nyu-York və San-Fransiskoda həyata keçirilib, lakin onlarda kirayə evlərin qiyməti bahadır, Kuldesak isə öz kirayəçilərinə ən münasib qiymətləri vəd edir.