CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uroloq-androloq maraqlı mövzuya toxundu

© Sputnik / Aleksandr Polyakov / Mediabanka keçidDonor sperması olan konteyner, arxiv
Donor sperması olan konteyner, arxiv - Sputnik Azərbaycan, 1920, 16.10.2023
Abunə olmaq
Siqaret, spirtli içkilərin, narkotik maddələrin qəbulu, həmçinin stress, fiziki fəaliyyətin olmaması, artıq çəki, hormonal və metabolik pozğunluqlarla əlaqəli bəzi xəstəliklər də sperma keyfiyyətinə mənfi təsir göstərir.
BAKI, 16 oktyabr - Sputnik. Spermanın keyfiyyətinə təsir edən bir çox xarici faktor var. Bunu Uroloq-androloq, Urologiya və İnsan Reproduktiv Sağlamlığı İnstitutunun dosenti Dmitri Korolyov Gazeta.Ru-ya bildirib.
O qeyd edib ki, həmin faktorlar arasında xaya nahiyəsinin varikoz damarları olan varikosel də var.

"Xayalığın temperaturu da az əhəmiyyət kəsb etmir. Onun temperaturu bədənin qalan hissəsindən bir dərəcə aşağıdır. Bu, spermanın normal yetişməsi üçün lazımdır. Temperatur yüksəldikdə spermanın keyfiyyətinə mənfi təsir göstərir. Temperaturu sıx, qalın alt paltarı geyinməklə artırmaq olar. Buna görə də “ailə geyimləri” kişilər üçün ən təhlükəsiz alt paltarı hesab olunur”, – Korolyov bildirib.

© Sputnik / Юлий АхромеевGen alt paltarları, arxiv
семейные трусы - Sputnik Azərbaycan, 1920, 15.10.2023
Gen alt paltarları, arxiv
Bundan əlavə, siqaret, spirtli içkilərin, narkotik maddələrin qəbulu, həmçinin stress, fiziki fəaliyyətin olmaması, artıq çəki, hormonal və metabolik pozğunluqlarla əlaqəli bəzi xəstəliklər də sperma keyfiyyətinə mənfi təsir göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0