CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Su anbarında batan şəxsin axtarışına FHN-in amfibiya təyyarəsi cəlb olunub -VİDEO

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Amfibiya təyyarəsi, arxiv şəkli
Amfibiya təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.10.2023
Abunə olmaq
Axtarış-xilasetmə zonasının genişləndirilməsi və axtarış işlərinin daha da intensivləşdirilməsi məqsədilə bu gün səhər saatlarından Nazirliyin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya təyyarəsidə axtarış işlərinə cəlb olunub
BAKI, 16 oktyabr — Sputnik. Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmayan şəxsin axtarışlarına başlanılıb.
FHN-dən verilən xəbərə görə, oktyabrın 11-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 1972-ci il təvəllüdlü Bayramov Sərdar Saleh oğlunun Mingəçevir şəhəri yaxınlığında Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmaması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işlərinə başlanılıb.
Bununla yanaşı, axtarış-xilasetmə zonasının genişləndirilməsi və axtarış işlərinin daha da intensivləşdirilməsi məqsədilə bu gün səhər saatlarından Nazirliyin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya təyyarəsidə axtarış işlərinə cəlb olunub.
Xəbər lenti
0