https://sputnik.az/20231016/putin-srail-ve-felestin-liderleri-ile-danisiqlar-aparacaq-459655637.html
Putin İsrail və Fələstin liderləri ilə danışıqlar aparacaq
Putin İsrail və Fələstin liderləri ilə danışıqlar aparacaq
Sputnik Azərbaycan
Kremlin nümayəndəsi Yuri Uşakov qeyd edib ki, Rusiya prezidenti "Fələstin-İsrail münaqişəsinin misli görünməmiş gərginləşməsini diqqətlə izləyir". 16.10.2023, Sputnik Azərbaycan
2023-10-16T16:50+0400
2023-10-16T16:50+0400
2023-10-16T16:50+0400
rusiya prezidenti vladimir putin
dünya xəbərləri
israil
fələstin
münaqişə
benyamin netanyahu
yuri uşakov
kreml
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447999635_0:0:3117:1754_1920x0_80_0_0_fec18aa60d5702e723489a3f6e337084.jpg
BAKI, 16 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bu gün beş beynəlxalq telefon danışığı aparacaq, o cümlədən İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbas ilə söhbət edəcək. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib. "Bu gün, necə deyərlər, vacib beş telefon danışığımız olacaq. Prezident artıq Suriya prezidenti (Bəşər Əsəd) və İran prezidenti (İbrahim Rəisi) ilə danışıb. Gün ərzində həmçinin Misir Prezidenti Əbdülfəttah Əs-Sisi, Fələstin Prezidenti Mahmud Abbas, eləcə də İsrailin Baş naziri Netanyahu ilə telefon əlaqəsi quracaq", - deyə Uşakov bildirib. Beləliklə, o, Pekinə səfərindən əvvəl Putinin "bu münaqişə ilə bağlı əsas ölkələrlə danışacağını" bildirib. "Təbii ki, o, bizim qiymətləndirməmizi bildirəcək, mövqeyimizi bəyan edəcək və həmkarlarının müvafiq mülahizələrini dinləyəcək", - deyə Uşakov əlavə edib. Kremlin nümayəndəsi qeyd edib ki, Putin "Fələstin-İsrail münaqişəsinin misli görünməmiş gərginləşməsini diqqətlə izləyir". "Bu münaqişə ilə bağlı bütün məsələlər prezidentin diqqət mərkəzindədir", - deyə Rusiya prezidentinin köməkçisi bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447999635_187:0:2918:2048_1920x0_80_0_0_adbc300cc9f772b4cb0526088890f01b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, israil, fələstin, münaqişə, benyamin netanyahu, yuri uşakov, kreml
rusiya prezidenti vladimir putin, israil, fələstin, münaqişə, benyamin netanyahu, yuri uşakov, kreml
Putin İsrail və Fələstin liderləri ilə danışıqlar aparacaq
Kremlin nümayəndəsi Yuri Uşakov qeyd edib ki, Rusiya prezidenti "Fələstin-İsrail münaqişəsinin misli görünməmiş gərginləşməsini diqqətlə izləyir".
BAKI, 16 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bu gün beş beynəlxalq telefon danışığı aparacaq, o cümlədən İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbas ilə söhbət edəcək.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib.
"Bu gün, necə deyərlər, vacib beş telefon danışığımız olacaq. Prezident artıq Suriya prezidenti (Bəşər Əsəd) və İran prezidenti (İbrahim Rəisi) ilə danışıb. Gün ərzində həmçinin Misir Prezidenti Əbdülfəttah Əs-Sisi, Fələstin Prezidenti Mahmud Abbas, eləcə də İsrailin Baş naziri Netanyahu ilə telefon əlaqəsi quracaq", - deyə Uşakov bildirib.
Beləliklə, o, Pekinə səfərindən əvvəl Putinin "bu münaqişə ilə bağlı əsas ölkələrlə danışacağını" bildirib.
"Təbii ki, o, bizim qiymətləndirməmizi bildirəcək, mövqeyimizi bəyan edəcək və həmkarlarının müvafiq mülahizələrini dinləyəcək", - deyə Uşakov əlavə edib.
Kremlin nümayəndəsi qeyd edib ki, Putin "Fələstin-İsrail münaqişəsinin misli görünməmiş gərginləşməsini diqqətlə izləyir".
"Bu münaqişə ilə bağlı bütün məsələlər prezidentin diqqət mərkəzindədir", - deyə Rusiya prezidentinin köməkçisi bildirib.