DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Konstitusiya Məhkəməsi Gürcüstan Prezidentinin impiçmenti ilə bağlı tələbi təmin edib

© AP Photo / Mindaugas KulbisGürcüstan Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilin
Gürcüstan Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilin - Sputnik Azərbaycan, 1920, 16.10.2023
Abunə olmaq
Sentyabrın 12-də Gürcüstanda Salome Zurabişviliyə qarşı impiçment proseduru başlanıb.
BAKI, 16 oktyabr - Sputnik. Gürcüstan Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin impiçmenti ilə bağlı tələbi təmin edib.
Bu barədə məhkəmənin sədri bildirib.
Konstitusiya Məhkəməsinin 9 hakimindən 6-sı qərarı dəstəkləyib.
Məhkəmənin qərarından sonra impiçment proseduru parlamentə göndəriləcək.
"Gürcü Arzusu" fraksiyasından olan parlament çoxluğunun nümayəndələri sentyabrın 12-də prezident Zurabişviliyə qarşı impiçment prosedurunun başlandığını elan edərək, prezidentin Konstitusiyanı pozması ilə bağlı Konstitusiya Məhkəməsində müvafiq iddia qaldırıblar.
"Gürcü Arzusu" parlamentariləri Zurabişvilini sentyabrda hökumətlə razılaşdırılmadan Almaniya, Fransa, Belçika, Litva, Estoniya və Latviyaya səfər etməkdə ittiham edirlər. Gürcüstan Konstitusiyasına görə, hökumət ölkənin xarici və daxili siyasətini həyata keçirir, prezident isə nümayəndəlik funksiyalarına malikdir.
Xəbər lenti
0