https://sputnik.az/20231016/fuzuli-seherinde-240-yerlik-usaq-bagcasinin-temeli-qoyulub-459658294.html
Füzuli şəhərində 240 yerlik uşaq bağçasının təməli qoyulub
Füzuli şəhərində 240 yerlik uşaq bağçasının təməli qoyulub
Sputnik Azərbaycan
Uşaq bağçasının inşası üçün 2,4 hektar torpaq sahəsi ayrılıb. 16.10.2023, Sputnik Azərbaycan
2023-10-16T17:49+0400
2023-10-16T17:49+0400
2023-10-16T17:50+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
füzuli
füzuli rayonu
prezident ilham əliyev
uşaq bağçası
təməl
təməlqoyma
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/10/459648438_0:0:1000:563_1920x0_80_0_0_3bc7c79d2f578a20b47e4b33265a0a0d.jpg
BAKI, 16 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində 240 yerlik uşaq bağçasının təməlini qoyub.Dövlət başçısına uşaq bağçası barədə məlumat verilib.Bildirilib ki, uşaq bağçasının inşası üçün 2,4 hektar torpaq sahəsi ayrılıb. Layihəyə əsasən, uşaq bağçası üçün əsas bina, oyun zonası, avtodayanacaq və texniki zona yaradılacaq.Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx olacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək. Uşaq bağçasının həyətində oyun meydançaları salınacaq və digər zəruri infrastruktur yaradılacaq.Prezident İlham Əliyev görüləcək işləri əks etdirən videoçarxa baxıb.Sonra dövlətimizin başçısı uşaq bağçasının təməlini qoyub.Qeyd edək ki, Azərbaycanda uşaqların təlim-tərbiyəsinə, sosial müdafiəsinin gücləndirilməsinə, vətənpərvərlik ruhunda və sağlam yetişmələrinə daim xüsusi diqqət yetirilir. Bu məsələ işğaldan azad olunan ərazilərdə də diqqət mərkəzində saxlanılır.
https://sputnik.az/20231016/prezident-fuzuli-seherinde-idman-kompleksinin-temelini-qoyub-459657512.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/10/459648438_0:0:840:630_1920x0_80_0_0_6f999f92ae51b44a758b328fe5dce82a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
füzuli, füzuli rayonu, prezident ilham əliyev, uşaq bağçası, təməl, təməlqoyma
füzuli, füzuli rayonu, prezident ilham əliyev, uşaq bağçası, təməl, təməlqoyma
Füzuli şəhərində 240 yerlik uşaq bağçasının təməli qoyulub
17:49 16.10.2023 (Yenilənib: 17:50 16.10.2023) Uşaq bağçasının inşası üçün 2,4 hektar torpaq sahəsi ayrılıb.
BAKI, 16 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində 240 yerlik uşaq bağçasının təməlini qoyub.
Dövlət başçısına uşaq bağçası barədə məlumat verilib.
Bildirilib ki, uşaq bağçasının inşası üçün 2,4 hektar torpaq sahəsi ayrılıb. Layihəyə əsasən, uşaq bağçası üçün əsas bina, oyun zonası, avtodayanacaq və texniki zona yaradılacaq.
Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx olacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək. Uşaq bağçasının həyətində oyun meydançaları salınacaq və digər zəruri infrastruktur yaradılacaq.
Prezident İlham Əliyev görüləcək işləri əks etdirən videoçarxa baxıb.
Sonra dövlətimizin başçısı uşaq bağçasının təməlini qoyub.
Qeyd edək ki, Azərbaycanda uşaqların təlim-tərbiyəsinə, sosial müdafiəsinin gücləndirilməsinə, vətənpərvərlik ruhunda və sağlam yetişmələrinə daim xüsusi diqqət yetirilir. Bu məsələ işğaldan azad olunan ərazilərdə də diqqət mərkəzində saxlanılır.