https://sputnik.az/20231016/dovlet-bascisi-fuzulinin-qocehmedli-kendinin-temelini-qoyub-459650828.html
Dövlət başçısı Füzulinin Qoçəhmədli kəndinin təməlini qoyub
Dövlət başçısı Füzulinin Qoçəhmədli kəndinin təməlini qoyub
Sputnik Azərbaycan
Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. 16.10.2023, Sputnik Azərbaycan
2023-10-16T15:10+0400
2023-10-16T15:10+0400
2023-10-16T15:10+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
prezident ilham əliyev
füzuli rayonu
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/10/459648803_0:0:1000:562_1920x0_80_0_0_8f2f3a80584ef21c5ca5e57d1b88d5f9.jpg
BAKI, 16 oktyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli rayonunun Qoçəhmədli kəndinin təməlini qoyub.Dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verilib.Bildirilib ki, Qoçəhmədli kəndinin layihələndirilən ümumi ərazisi 94,62 hektardır. Kəndə 1364 nəfərin köçürülməsi nəzərdə tutulub. Burada ümumilikdə 341 fərdi evin tikilməsi planlaşdırılıb. Kəndin birinci mərhələsi üçün 18,1 hektar torpaq sahəsi ayrılıb və burada 204 fərdi ev inşa olunacaq. Bu mərhələdə kəndə 204 ailənin - 710 nəfərin köçürülməsi nəzərdə tutulub.Qeyd olunub ki, kənddə çoxfunksiyalı inzibati binanın, bayraq meydanının, kafe-restoranın, mərasim evinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin və kitabxananın, ticarət obyektinin, qonaq evinin tikintisi planlaşdırılıb. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq. Qoçəhmədli kəndində 264 şagird yerlik məktəb, 25 yerlik uşaq bağçası da inşa olunacaq.Diqqətə çatdırılıb ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Burada da enerjiyə qənaət məqsədilə alternativ enerjidən istifadə olunacaq və istilik tutumlu evlər tikiləcək.Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/10/459648803_0:0:840:630_1920x0_80_0_0_245a49f00e0d782cf311b2252755bb48.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, füzuli rayonu
prezident ilham əliyev, füzuli rayonu
Dövlət başçısı Füzulinin Qoçəhmədli kəndinin təməlini qoyub
Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib.
BAKI, 16 oktyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli rayonunun Qoçəhmədli kəndinin təməlini qoyub.
Dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verilib.
Bildirilib ki, Qoçəhmədli kəndinin layihələndirilən ümumi ərazisi 94,62 hektardır. Kəndə 1364 nəfərin köçürülməsi nəzərdə tutulub. Burada ümumilikdə 341 fərdi evin tikilməsi planlaşdırılıb. Kəndin birinci mərhələsi üçün 18,1 hektar torpaq sahəsi ayrılıb və burada 204 fərdi ev inşa olunacaq. Bu mərhələdə kəndə 204 ailənin - 710 nəfərin köçürülməsi nəzərdə tutulub.
Qeyd olunub ki, kənddə çoxfunksiyalı inzibati binanın, bayraq meydanının, kafe-restoranın, mərasim evinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin və kitabxananın, ticarət obyektinin, qonaq evinin tikintisi planlaşdırılıb. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq. Qoçəhmədli kəndində 264 şagird yerlik məktəb, 25 yerlik uşaq bağçası da inşa olunacaq.
Diqqətə çatdırılıb ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Burada da enerjiyə qənaət məqsədilə alternativ enerjidən istifadə olunacaq və istilik tutumlu evlər tikiləcək.
Prezident İlham Əliyev Qoçəhmədli kəndinin təməlini qoyub.