DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Cənubi Koreya və ABŞ Şimali Koreyanı hədələyib

© AFP 2024 / JUNG YEON-JEABŞ və Cənubi Koreya bayraqları, arxiv şəkli
ABŞ və Cənubi Koreya bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.10.2023
Abunə olmaq
Tərəflər həmçinin KXDR ilə hərbi əməkdaşlığın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu vurğulayıblar.
BAKI, 16 oktyabr — Sputnik. Cənubi Koreya Respublikasının Koreya yarımadasının sülh və təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Kim Qon və onun amerikalı həmkarı Son Kim bildiriblər ki, KXDR regionda və dünyada "sülh və sabitliyə xələl gətirən qeyri-qanuni hərəkətlərə" görə məsuliyyət daşıyacaq. Bu barədə TASS məlumat verir.
Tərəflər Koreya yarımadasındakı ağır vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, o cümlədən ötən həftə Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlıq haqqında dərc edilmiş yeni məlumatları müzakirə ediblər.
Kim Qon və Sonq Kim Cakartada görüşüblər. Tərəflər həmçinin KXDR ilə hərbi əməkdaşlığın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu vurğulayıblar. Onlar məlumat mübadiləsində və "cavab tədbirləri"ndə koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.
İki ölkənin nümayəndələri beynəlxalq ictimaiyyətin Şimali Koreyanı heç vaxt nüvə dövləti kimi tanımayacağını bir daha bəyan ediblər və KXDR-in nüvəsizləşdirilməsinə yönəlmiş səyləri davam etdirməyə razılaşıblar. Onların fikrincə, kiber sferada "qanunsuz fəaliyyət" və işçilərin xaricə göndərilməsi ilə həyata keçirilən nüvə proqramının maliyyələşdirilməsini məhdudlaşdırmaq üçün Pxenyana qarşı sanksiyalar ciddi şəkildə həyata keçirilməlidir. Seul və Vaşinqton KXDR-in "yeni təxribatlarına", o cümlədən kəşfiyyat peykinin buraxılmasına qəti şəkildə reaksiya verəcəkləri barədə həmfikir olublar.
Bundan əvvəl Pxenyan oktyabrda növbəti buraxılışı keçirmək niyyətində olduğunu açıqlamışdı. Oktyabrın 13-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib ki, KXDR hakimiyyəti Rusiya silahlı qüvvələrinə "hərbi texnika və sursat" olan 1 mindən çox konteyner göndərib.
Xəbər lenti
0