CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün ölkə ərazisində havanın yağışlı olacağı gözlənilir - Proqnoz

© Sputnik / Murad OrujovYağışlı hava, arxiv
Yağışlı hava, arxiv - Sputnik Azərbaycan, 1920, 16.10.2023
Abunə olmaq
Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
BAKI, 16 oktyabr - Sputnik. Oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu 17-22° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu 17-22° isti, dağlarda 6-11° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0