https://sputnik.az/20231016/bezi-sirketler-taksi-sifarisi-operatoru-fealiyyetine-icaze-almaq-ucun-muraciet-edib-459659288.html
Bəzi şirkətlər taksi sifarişi operatoru fəaliyyətinə icazə almaq üçün müraciət edib
Bəzi şirkətlər taksi sifarişi operatoru fəaliyyətinə icazə almaq üçün müraciət edib
Sputnik Azərbaycan
Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatlar AYNA İnformasiya... 16.10.2023, Sputnik Azərbaycan
2023-10-16T18:38+0400
2023-10-16T18:38+0400
2023-10-16T18:38+0400
taksi
cəmiyyət
şirkət
müraciət
rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42175/03/421750388_38:0:1000:541_1920x0_80_0_0_55be2132a218dcf10130a5d2497797b4.jpg
BAKI, 16 oktyabr — Sputnik. Azərbaycanda "Avtomobil nəqliyyatı haqqında" qanununa əsasən, taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib. Məlumata görə, artıq 4 şirkət müvafiq sənədləri elektron sistem üzərindən təqdim edərək icazənin alınması üçün agentliyə müraciət edib. Taksi sifarişi operatorlarının fəaliyyətinin müvafiq icazə əsasında tənzimlənməsi sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsi baxımından önəmlidir. Belə ki, sözügedən icazə taksi sifarişi operatorunun təqdim etdiyi xidmətlərin, o cümlədən müştərilərin fərdi məlumatlarının təhlükəsizliyinin standartlara uyğunluğunu təsdiqləyir. "Fərdi məlumatlar haqqında" qanununa uyğun olaraq, taksi sifarişi operatorlarının xidmət göstərdikləri zaman istifadə etdikləri fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçirilməli və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət edilməlidir. Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatlar AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürülməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42175/03/421750388_279:0:1000:541_1920x0_80_0_0_1010f1f3e4189e5d59c2dc0cd273e723.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taksi, şirkət, müraciət, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
taksi, şirkət, müraciət, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
Bəzi şirkətlər taksi sifarişi operatoru fəaliyyətinə icazə almaq üçün müraciət edib
Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatlar AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürülməlidir
BAKI, 16 oktyabr — Sputnik. Azərbaycanda "Avtomobil nəqliyyatı haqqında" qanununa əsasən, taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib.
Məlumata görə, artıq 4 şirkət müvafiq sənədləri elektron sistem üzərindən təqdim edərək icazənin alınması üçün agentliyə müraciət edib.
Taksi sifarişi operatorlarının fəaliyyətinin müvafiq icazə əsasında tənzimlənməsi sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsi baxımından önəmlidir. Belə ki, sözügedən icazə taksi sifarişi operatorunun təqdim etdiyi xidmətlərin, o cümlədən müştərilərin fərdi məlumatlarının təhlükəsizliyinin standartlara uyğunluğunu təsdiqləyir.
"Fərdi məlumatlar haqqında" qanununa uyğun olaraq, taksi sifarişi operatorlarının xidmət göstərdikləri zaman istifadə etdikləri fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçirilməli və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət edilməlidir.
Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatlar AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürülməlidir.