NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycanın xaricə qaz satışı artır - CƏDVƏL

© AFP 2024 / JUAN BARRETOqaz
qaz - Sputnik Azərbaycan, 1920, 16.10.2023
Abunə olmaq
Cari ilin yanvar-sentyabr aylarında Avropaya 8,6 milyard kubmetr, Türkiyəyə 7,5 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb.
BAKI, 16 oktyabr — Sputnik. 2023-cü ilin 9 ayı ərzində respublikada 36,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 9,6 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"dən, 19,7 milyard kubmetri "Şahdəniz"dən, 0,4 milyard kubmetri "Abşeron"dan, 6,4 milyard kubmetri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz, yəni 1,7 milyard kubmetr artımla qaz hasil edilib.
Bu barədə Energetika Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.
© Photo : Ministry of Energy of Azerbaijan2023-cü ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanda qaz hasilatı
2023-cü ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanda qaz hasilatı - Sputnik Azərbaycan, 1920, 16.10.2023
2023-cü ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanda qaz hasilatı
Hesabat dövründə xaricə qaz satışı 17,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Cari ilin yanvar-sentyabr aylarında Avropaya 8,6 milyard kubmetr, Türkiyəyə 7,5 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə Trans-Anadolu Boru Kəməri (TANAP) ilə 4,3 milyard kubmetr qaz nəql olunub.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 oktyabr 2023-cü il tarixinədək "Azəri-Çıraq-Günəşli"dən 213 milyard kubmetr, "Şahdəniz"dən isə 202,5 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın 143 milyard kubmetri ixraca nəql edilib.
Neft hasilatı və ixracı...
2023-cü ilin yanvar-sentyabr ayları üzrə ölkədə 22,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 13,5 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 3,3 milyon tonu (kondensat) "Şahdəniz"in, 140 min tonu (kondensat) "Abşeron" yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,8 milyon ton təşkil edib.
© Photo : Ministry of Energy of Azerbaijan2023-cü ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanda neft hasilatı
2023-cü ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanda neft hasilatı - Sputnik Azərbaycan, 1920, 16.10.2023
2023-cü ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanda neft hasilatı
Hesabat dövründə 19 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 16,7 milyon tonu konsorsiumun, 2,3 milyon tonu isə SOCAR-ın payına düşür.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 oktyabr 2023-cü il tarixinədək 623,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 580,4 milyon ton neft, "Şahdəniz"dən isə 43,5 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 oktyabr 2023-cü il tarixinədək 622 milyon tonu ixraca nəql edilib.
2023-cü ilin yanvar-sentyabr ayları üzrə ölkədə neftin emalı 4,9 milyon ton təşkil edib.
Xəbər lenti
0