CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Astarada ötən həftə açılan piyada körpüsünü sel suları dağıdıb

© Photo : APAAstarada ötən həftə açılan piyada körpüsünü sel suları dağıdıb
Astarada ötən həftə açılan piyada körpüsünü sel suları dağıdıb - Sputnik Azərbaycan, 1920, 16.10.2023
Abunə olmaq
Kənd icra nümayəndəliyindən bildirilib ki, sözügedən körpü yalnız piyadalar üçün nəzərdə tutulub
BAKI, 16 oktyabr — Sputnik. Astaranın Şiyəkəran kənd sakinləri yolsuz qalıb. Rayonda yağan intensiv yağışlar səbəbindən yaranan sel suları yenicə istifadəyə verilmiş körpünü dağıdıb.
Nəticədə kənd sakinləri çətinliklə üzləşiblər. Kəndə giriş-çıxış üçün alternativ yol 6 km aralıdan keçir. Bu yol isə bərbad vəziyyətdədir.
Kənd icra nümayəndəliyindən bildirilib ki, sözügedən körpü yalnız piyadalar üçün nəzərdə tutulub. Həmin körpü də qəza vəziyyətdə olduğu üçün fermerlər əkdikləri sitrus meyvələrini bazara çıxarıb sata bilmirlər. Nümayəndəlikdən qeyd edilib ki, aternativ yolla hərəkəti bərpa etmək üçün yolda hamarlama işləri aparılacaq.
Şiyəkəran kənd inzibati dairəsi üzrə nümayəndəsi Elşad Məcidov bildirib ki, ağır tonnajlı maşınlar üçün nə davamlı körpü var, nə də əlverişli yol. Hazırda vətəndaşlar öz məhsullarını bazara ancaq alternativ yoldan istifadə etməklə minik maşınları ilə çıxara bilər. Piyada yolu salınana kimi, şagirdlər də alternativ yollardan istifadə edərək məktəbə gedə bilirlər.
Qeyd edilib ki, son dəfə yağan yağışlar zamanı çayda suyun səviyyəsi artıb və qəzalı körpünü sel suları aparıb. Bundan sonra əraziyə ağır texnikalar cəlb olunub, köhnə körpü tamamilə sökülüb, yerində yeni piyada körpüsü salınıb. Lakin ötən həftə salınan yeni körpünün ömrü cəmi iki-üç gün çəkib.
Xəbər lenti
0