https://sputnik.az/20231016/a-bir-kemer-bir-yol-layihesi-vasitesile-24-milyard-dollar-toplayib---putin-459650670.html
Aİİ “Bir kəmər, bir yol” layihəsi vasitəsilə 24 milyard dollar toplayıb - Putin
Aİİ “Bir kəmər, bir yol” layihəsi vasitəsilə 24 milyard dollar toplayıb - Putin
Sputnik Azərbaycan
Rusiya lideri qeyd edib ki, hər bir ölkə ikitərəfli və ya çoxtərəfli formatlar çərçivəsində özünə nəyin faydalı, nəyin zərərli olduğunu seçir. 16.10.2023, Sputnik Azərbaycan
2023-10-16T15:58+0400
2023-10-16T15:58+0400
2023-10-16T15:59+0400
rusiya prezidenti vladimir putin
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
aii
si cinpin
çin
lider
https://cdnn1.img.sputnik.az/img/42341/13/423411359_0:0:3076:1731_1920x0_80_0_0_addd2bb35f4b8b28214cefce3a01c633.jpg
BAKI, 16 oktyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində birgə fəaliyyətlə artıq 24 milyard dollara yaxın sərmayə əldə ediblər. Bunu Rusiya Prezidenti Vladimir Putin Çin Media Korporasiyasına müsahibəsində deyib. "Ancaq bu həcm artır, çünki qarşılıqlı faydalı layihələrin sayı artır", - Rusiya lideri qeyd edib. Putin qeyd edib ki, bu qərarlar nəinki təşəbbüs çərçivəsində kreditlər alan ölkələr üçün faydalıdır: "Bunlar Çin üçün də sərfəlidir, çünki Çin də bu layihələrin həyata keçirilməsindən məhsul alır, daha yaxşı və daha böyük inkişaf üçün imkan əldə edir. Bütün bunlar qarşılıqlı fayda əsasında həyata keçirilir" Rusiya lideri qeyd edib ki, hər bir ölkə ikitərəfli və ya çoxtərəfli formatlar çərçivəsində özünə nəyin faydalı, nəyin zərərli olduğunu seçir: "Heç kim heç nəyi məcbur etmir, amma bu, təkan verir, inkişafa şərait yaradır". Rusiya Federasiyası Prezidentinin sözlərinə görə, eyni şeyi logistika və infrastruktur obyektlərinin inkişafı haqqında da demək olar. "Biz bu yaxınlarda Çinlə Amur çayı üzərində iki körpü tikmişik. Məncə, bu, insanlar üçün yaxşıdır - bir-biri ilə əlaqə quran insanların sayı artır, bu, biznes üçün yaxşıdır, iqtisadi inkişaf üçün yaxşıdır, çünki bu, əmtəə dövriyyəsinin artırılmasına imkan verir"- deyə Putin qeyd edib. "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlığın bütün dünya üçün hansı əhəmiyyəti var sualına cavab olaraq Putin BMT-nin müəyyən etdiyi 17 davamlı inkişaf hədəfini xatırladıb. O qeyd edib ki, ətraf mühit üçün mübarizə və iqlim dəyişikliyi ilə mübarizə çox vacib sahələrdir. Oktyabrın 17-dən 18-dək Çinin paytaxtında "Bir kəmər - bir yol" üçüncü beynəlxalq forumu keçiriləcək. Rusiya Federasiyasının prezidenti orada iştirak etməyi planlaşdırır. Eyni zamanda, Kreml Çin lideri Si Cinpin ilə üz-üzə görüş üçün vaxt tapacağını gözləyir. "Bir kəmər, bir yol" təşəbbüsü 2013-cü ildə Si Cinpin tərəfindən maraqlı ölkələrin iştirakı və eləcə də xarici kapitalın istifadəsi ilə beynəlxalq çoxtərəfli ticarət və investisiya layihələrini artırmaq üçün təklif olunan konsepsiyadır. Artıq 150-dən çox dövlət və 30-dan çox beynəlxalq təşkilat ona qoşulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42341/13/423411359_347:0:3076:2047_1920x0_80_0_0_3dfb699666d234955526a4dc840d511f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, avrasiya iqtisadi ittifaqı, aii, si cinpin, çin, lider
rusiya prezidenti vladimir putin, avrasiya iqtisadi ittifaqı, aii, si cinpin, çin, lider
Aİİ “Bir kəmər, bir yol” layihəsi vasitəsilə 24 milyard dollar toplayıb - Putin
15:58 16.10.2023 (Yenilənib: 15:59 16.10.2023) Rusiya lideri qeyd edib ki, hər bir ölkə ikitərəfli və ya çoxtərəfli formatlar çərçivəsində özünə nəyin faydalı, nəyin zərərli olduğunu seçir.
BAKI, 16 oktyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində birgə fəaliyyətlə artıq 24 milyard dollara yaxın sərmayə əldə ediblər. Bunu Rusiya Prezidenti Vladimir Putin Çin Media Korporasiyasına müsahibəsində deyib.
"Ancaq bu həcm artır, çünki qarşılıqlı faydalı layihələrin sayı artır", - Rusiya lideri qeyd edib.
Putin qeyd edib ki, bu qərarlar nəinki təşəbbüs çərçivəsində kreditlər alan ölkələr üçün faydalıdır: "Bunlar Çin üçün də sərfəlidir, çünki Çin də bu layihələrin həyata keçirilməsindən məhsul alır, daha yaxşı və daha böyük inkişaf üçün imkan əldə edir. Bütün bunlar qarşılıqlı fayda əsasında həyata keçirilir"
Rusiya lideri qeyd edib ki, hər bir ölkə ikitərəfli və ya çoxtərəfli formatlar çərçivəsində özünə nəyin faydalı, nəyin zərərli olduğunu seçir: "Heç kim heç nəyi məcbur etmir, amma bu, təkan verir, inkişafa şərait yaradır".
Rusiya Federasiyası Prezidentinin sözlərinə görə, eyni şeyi logistika və infrastruktur obyektlərinin inkişafı haqqında da demək olar.
"Biz bu yaxınlarda Çinlə Amur çayı üzərində iki körpü tikmişik. Məncə, bu, insanlar üçün yaxşıdır - bir-biri ilə əlaqə quran insanların sayı artır, bu, biznes üçün yaxşıdır, iqtisadi inkişaf üçün yaxşıdır, çünki bu, əmtəə dövriyyəsinin artırılmasına imkan verir"- deyə Putin qeyd edib.
"Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlığın bütün dünya üçün hansı əhəmiyyəti var sualına cavab olaraq Putin BMT-nin müəyyən etdiyi 17 davamlı inkişaf hədəfini xatırladıb. O qeyd edib ki, ətraf mühit üçün mübarizə və iqlim dəyişikliyi ilə mübarizə çox vacib sahələrdir.
Oktyabrın 17-dən 18-dək Çinin paytaxtında "Bir kəmər - bir yol" üçüncü beynəlxalq forumu keçiriləcək. Rusiya Federasiyasının prezidenti orada iştirak etməyi planlaşdırır. Eyni zamanda, Kreml Çin lideri Si Cinpin ilə üz-üzə görüş üçün vaxt tapacağını gözləyir.
"Bir kəmər, bir yol" təşəbbüsü 2013-cü ildə Si Cinpin tərəfindən maraqlı ölkələrin iştirakı və eləcə də xarici kapitalın istifadəsi ilə beynəlxalq çoxtərəfli ticarət və investisiya layihələrini artırmaq üçün təklif olunan konsepsiyadır. Artıq 150-dən çox dövlət və 30-dan çox beynəlxalq təşkilat ona qoşulub.