DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yerin batmış yeddinci qitəsinin ən dəqiq xəritəsi yaradılıb

© AP Photo / Frank AugsteinQlobus, arxiv
Qlobus, arxiv - Sputnik Azərbaycan, 1920, 15.10.2023
Abunə olmaq
Mütəxəssislərin araşdırmaları sayəsində Zelandiya planetin ən gənc qitəsi hesab edilə bilər.
BAKI, 15 oktyabr - Sputnik. Alimlər batmış, yeddinci qitənin ən dəqiq xəritəsini yaradıblar. RİA Novosti-nin xəbərinə görə, bəzi tədqiqatçıların fikrincə, təxminən 80 milyon il əvvəl nəhəng superqitə olan Qondvana Antarktida, Avstraliya və Zelandiyaya parçalanıb.

"Əsasən son iki onillikdə əldə edilmiş böyük miqdarda məlumatlara əsasən, biz Zelandiyanın dəniz adası deyil, 5 milyon kvadrat kilometr sahəsi olan bütöv bir qitə olduğunu müəyyən etdik", - deyə GSA Today-in məqaləsində bildirilir.

Uzun illər Yeni Zelandiyanı əhatə edən dəniz yaylalarını tədqiq edən alimlərin fikrincə, hazırda Zelandiya 94% su altındadır - bu, qədim Qondvananın bir hissəsidir.
Mütəxəssislərin araşdırmaları sayəsində Zelandiya planetin ən gənc qitəsi hesab edilə bilər.
“Zelandiya: biz qitəni kəşf etdik” kitabının müəllifləri - Yeni Zelandiyalı alim Nik Mortimer və onun həmkarı Həmiş Kempbellin fikrincə, təxminən 100 milyon il əvvəl bir yerdə olan Avstraliya və Antarktida ayrılıblar. Belə ki, həmin vaxt Zelandiya hələ Qərbi Antarktidaya bağlı olub.
Onların ayrılması iyirmi milyon il ərzində ayrılıblar ki, bu da qitənin əsasının ciddi şəkildə incəlməsinə və onun su basmasına səbəb olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0