https://sputnik.az/20231015/qafqaza-nagil-dalinca-lermontovun-azerbaycan-hekayesi-459618303.html
Qafqaza nağıl dalınca: Lermontovun Azərbaycan hekayəsi
Qafqaza nağıl dalınca: Lermontovun Azərbaycan hekayəsi
Sputnik Azərbaycan
Şairin Aşıq Qərib barədə yazdığı nağıl Mixail Lermontovun ölümündən sonra təsadüfən aşkar edilib.Tapıntı şairin həyatının Azərbaycan səhifəsinin... 15.10.2023, Sputnik Azərbaycan
2023-10-15T20:35+0400
2023-10-15T20:35+0400
2023-10-15T20:35+0400
mədəniyyət
mixail lermontov
şair
qafqaz
aşıq
https://cdnn1.img.sputnik.az/img/40236/78/402367804_0:134:1004:699_1920x0_80_0_0_ed228ffbac9359ccf9340bf465fdc5d9.jpg
BAKI, 15 oktyabr - Sputnik. Şair 1814-cü il oktyabrın 15-də anadan olub. Qısa ömrü ərzində Mixail Lermontov yetkinlik həyatının əhəmiyyətli, ən əsası isə parlaq hissəsini Qafqazda keçirib, burada sürgünə göndərilib.O, Qafqazı sevir və anlayırdı, onun ən böyük əsərləri “İzmail bəy”, “Mtsıri”, “Demon”, "Zəmanəmizin Qəhrəmanı” onunla bağlıdır. Lermontovun Azərbaycan torpağı ilə bilavasitə bağlı olan “Aşıq-Qərib” nağılı da sonralar bu kitab rəfində yer alacaq.Hadisələr 1837-ci ildə, taleyin 23 yaşlı leytenant Lermontovu Qafqaz dağlarına atması ilə davam edib. Öz istəyi ilə deyil, sürgünə göndərilməsi ilə. Gənc şair Puşkinin ölümünə qəzəbli “Şairin ölümü” epitafiyası ilə cavab verir və bundan narazı olan çar hakimiyyəti əvvəlcə fitnəkarı həbs edir, sonra isə “gözdən uzaq” yerə sürgün edir.Nüfuzlu qohumlarının şəfaəti sayəsində Lermontovun aqibəti nisbətən yüngülləşdirilir: o, Tiflis yaxınlığında yerləşən Nijni Novqorod Draqun alayına köçürülür. Güman edilir ki, şair öz əsgər yoldaşları ilə birlikdə müasir Azərbaycan ərazisində yerləşən Quba şəhərində üsyanı yatırmağa gedəcək.Hadisələr o qədər qarışdı ki, bir müddət Lermontov öz başına qaldı və yerli həyata maraqla qarışdı. Sürgün onun məşhur azərbaycanlılarla tanışlığını əvvəlcədən müəyyənləşdirmişdi. Burada o, Azərbaycan realist ədəbiyyatının banilərindən olan mütəfəkkir Mirzə Fətəli Axundzadə ilə tanış olur. Həmin illərdə Axundov Qafqazda baş idarəçi Baron Rozenin kabinetində şərq dillərindən tərcüməçi kimi çalışırdı.Axundzadə mütərəqqi fikirli adam idi, dövrünün məşhur insanları - dekabristlərlə, 1830-1860-cı illərdə Polşa üsyanının iştirakçıları, Qafqaza sürgün edilmiş, Tiflisdə yaşamış gürcü mədəniyyət xadimləri ilə ünsiyyətdə olurdu. Mixail Lermontovla görüş əlamətdar hadisələrdən biri oldu. Lermontov yeni azərbaycanlı tanışından cəmi iki yaş kiçik idi və onlar arasında tez bir zamanda yaxın dostluq münasibətləri yarandı. Axundzadənin köməyi ilə Lermontov Azərbaycan dilini öyrənməyə başlayır, daha sonra isə “Aşıq-Qərib” nağılını qələmə alır.Əslində, sərgərdan şair hekayəsi Azərbaycanda adi bir xalq yaradıcılığıdır. Bu, poetik əlavələri və lirik mahnıları olan bir dastandır. Azərbaycanda “Aşıq Qəribin nağılı” adlanan povestin süjeti kasıb musiqiçi ilə zəngin tacirin qızının məhəbbətindən bəhs edir. Lermontov onu eşitdiyi kimi qələmə aldığından, onun təfsirində qəhrəmanın adı Aşuk-Keribdir.Nağılın Azərbaycan variantı ilk dəfə 1837-ci ildə Mixail Lermontov tərəfindən lentə alındıqdan və 1846-cı ildə nəşr edildikdən sonra əsər rusdilli ictimaiyyət arasında geniş tanınmağa başlayıb.Əsər şairin ölümündən sonra Sankt-Peterburqda qalan sənədləri arasından tapılıb. Sonralar əfsanənin süjeti əsasında üç opera, bir balet tamaşaya qoyulub və film də çəkilib.Aşıq-Qərib haqqında xalq dastanı Zaqafqaziyada, Orta Asiyada və Yaxın Şərqdə geniş yayılmış və hər yerdə əfsanənin özünəməxsus milli xüsusiyyətləri olmuşdur. Uzun müddət şairin yaradıcılığını araşdıran tədqiqatçılar, hətta onun özünün də “türk nağılı” adlandırdığı əsərinin əsasını xalq dastanının hansı variantının təşkil etdiyinə qərar verə bilmədilər.Amma şairin dilini tədqiq edən mötəbər tədqiqatçılar buna aydın cavab veriblər: Lermontov nağılın azərbaycanca təfsirindən bəhrələnib. Şair mətndə azərbaycanca sözləri saxlayıb, onların mənasını da mötərizədə izah edib. “Aşıq” Azərbaycan dilində “aşiq”, “qərib” isə "tənha", “sərgərdan” deməkdir.Hazırda Bakıda Lermontovun adına küçə də var. Qusar şəhərində isə onun yaşadığı evdə şairin barelyefinin təsviri qoyulub, onun ev-muzeyi yaradılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Kurt Marta
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427882464_0:320:960:1280_100x100_80_0_0_a5fa1676cd18e7d3adffc6a6a6eeec72.jpg
Kurt Marta
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427882464_0:320:960:1280_100x100_80_0_0_a5fa1676cd18e7d3adffc6a6a6eeec72.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40236/78/402367804_0:40:1004:793_1920x0_80_0_0_35feeeb6958fc564b2f0007e1e3ccee3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kurt Marta
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427882464_0:320:960:1280_100x100_80_0_0_a5fa1676cd18e7d3adffc6a6a6eeec72.jpg
mixail lermontov, şair, qafqaz, aşıq
mixail lermontov, şair, qafqaz, aşıq
Qafqaza nağıl dalınca: Lermontovun Azərbaycan hekayəsi
Şairin Aşıq Qərib barədə yazdığı nağıl Mixail Lermontovun ölümündən sonra təsadüfən aşkar edilib.Tapıntı şairin həyatının Azərbaycan səhifəsinin təfərrüatlarını bərpa etməyə kömək edir.
BAKI, 15 oktyabr - Sputnik. Şair 1814-cü il oktyabrın 15-də anadan olub. Qısa ömrü ərzində Mixail Lermontov yetkinlik həyatının əhəmiyyətli, ən əsası isə parlaq hissəsini Qafqazda keçirib, burada sürgünə göndərilib.
O, Qafqazı sevir və anlayırdı, onun ən böyük əsərləri “İzmail bəy”, “Mtsıri”, “Demon”, "Zəmanəmizin Qəhrəmanı” onunla bağlıdır. Lermontovun Azərbaycan torpağı ilə bilavasitə bağlı olan “Aşıq-Qərib” nağılı da sonralar bu kitab rəfində yer alacaq.
Hadisələr 1837-ci ildə, taleyin 23 yaşlı leytenant Lermontovu Qafqaz dağlarına atması ilə davam edib. Öz istəyi ilə deyil, sürgünə göndərilməsi ilə. Gənc şair Puşkinin ölümünə qəzəbli “Şairin ölümü” epitafiyası ilə cavab verir və bundan narazı olan çar hakimiyyəti əvvəlcə fitnəkarı həbs edir, sonra isə “gözdən uzaq” yerə sürgün edir.
Nüfuzlu qohumlarının şəfaəti sayəsində Lermontovun aqibəti nisbətən yüngülləşdirilir: o, Tiflis yaxınlığında yerləşən Nijni Novqorod Draqun alayına köçürülür. Güman edilir ki, şair öz əsgər yoldaşları ilə birlikdə müasir Azərbaycan ərazisində yerləşən Quba şəhərində üsyanı yatırmağa gedəcək.
Hadisələr o qədər qarışdı ki, bir müddət Lermontov öz başına qaldı və yerli həyata maraqla qarışdı. Sürgün onun məşhur azərbaycanlılarla tanışlığını əvvəlcədən müəyyənləşdirmişdi. Burada o, Azərbaycan realist ədəbiyyatının banilərindən olan mütəfəkkir Mirzə Fətəli Axundzadə ilə tanış olur. Həmin illərdə Axundov Qafqazda baş idarəçi Baron Rozenin kabinetində şərq dillərindən tərcüməçi kimi çalışırdı.
Axundzadə mütərəqqi fikirli adam idi, dövrünün məşhur insanları - dekabristlərlə, 1830-1860-cı illərdə Polşa üsyanının iştirakçıları, Qafqaza sürgün edilmiş, Tiflisdə yaşamış gürcü mədəniyyət xadimləri ilə ünsiyyətdə olurdu. Mixail Lermontovla görüş əlamətdar hadisələrdən biri oldu. Lermontov yeni azərbaycanlı tanışından cəmi iki yaş kiçik idi və onlar arasında tez bir zamanda yaxın dostluq münasibətləri yarandı. Axundzadənin köməyi ilə Lermontov Azərbaycan dilini öyrənməyə başlayır, daha sonra isə “Aşıq-Qərib” nağılını qələmə alır.
Əslində, sərgərdan şair hekayəsi Azərbaycanda adi bir xalq yaradıcılığıdır. Bu, poetik əlavələri və lirik mahnıları olan bir dastandır. Azərbaycanda “Aşıq Qəribin nağılı” adlanan povestin süjeti kasıb musiqiçi ilə zəngin tacirin qızının məhəbbətindən bəhs edir. Lermontov onu eşitdiyi kimi qələmə aldığından, onun təfsirində qəhrəmanın adı Aşuk-Keribdir.
Nağılın Azərbaycan variantı ilk dəfə 1837-ci ildə Mixail Lermontov tərəfindən lentə alındıqdan və 1846-cı ildə nəşr edildikdən sonra əsər rusdilli ictimaiyyət arasında geniş tanınmağa başlayıb.
Əsər şairin ölümündən sonra Sankt-Peterburqda qalan sənədləri arasından tapılıb. Sonralar əfsanənin süjeti əsasında üç opera, bir balet tamaşaya qoyulub və film də çəkilib.
Aşıq-Qərib haqqında xalq dastanı Zaqafqaziyada, Orta Asiyada və Yaxın Şərqdə geniş yayılmış və hər yerdə əfsanənin özünəməxsus milli xüsusiyyətləri olmuşdur. Uzun müddət şairin yaradıcılığını araşdıran tədqiqatçılar, hətta onun özünün də “türk nağılı” adlandırdığı əsərinin əsasını xalq dastanının hansı variantının təşkil etdiyinə qərar verə bilmədilər.
Amma şairin dilini tədqiq edən mötəbər tədqiqatçılar buna aydın cavab veriblər: Lermontov nağılın azərbaycanca təfsirindən bəhrələnib. Şair mətndə azərbaycanca sözləri saxlayıb, onların mənasını da mötərizədə izah edib. “Aşıq” Azərbaycan dilində “aşiq”, “qərib” isə "tənha", “sərgərdan” deməkdir.
Hazırda Bakıda Lermontovun adına küçə də var. Qusar şəhərində isə onun yaşadığı evdə şairin barelyefinin təsviri qoyulub, onun ev-muzeyi yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.