İlham Əliyev Xocavənd şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb - YENİLƏNİB
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb
![Prezident İlham Əliyev Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb Prezident İlham Əliyev Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb - Sputnik Azərbaycan, 1920, 15.10.2023](https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0f/459626631_0:59:911:571_1920x0_80_0_0_af90ef30acd016a4477d07a84147c675.jpg)
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti Qarabağ istisadi rayonunda səfərdədir.
BAKI, 15 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Azərtac-ın xəbərinə görə, sonra dövlətimizin başçısı şəhər ərazisinə baxış keçirib.
Qeyd edək ki, Xocavənd şəhəri 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Şəhər 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu barədə Azərtac xəbər yayıb.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb
![Prezident İlham Əliyev Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb Prezident İlham Əliyev Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb - Sputnik Azərbaycan, 1920, 15.10.2023](https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0f/459626585_0:0:405:630_1920x0_80_0_0_d7bcda496444fcd74817ea40760c695f.jpg)
Prezident İlham Əliyev Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.
Daha sonra dövlətimizin başçısı Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.
© Official website of President of Azerbaijan RepublicPrezident Kərkicahanda
![Prezident Kərkicahanda Prezident Kərkicahanda - Sputnik Azərbaycan, 1920, 15.10.2023](https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0f/459624393_0:0:979:630_1920x0_80_0_0_a960be4d62de3dc0078e57975bbe7f72.jpg)
Prezident Kərkicahanda
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində və Sərsəng su anbarının ərazisində dəAzərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.