https://sputnik.az/20231015/cin-xn-srailin-hereketleri-ozunumudafieden-kenara-cixib-459614970.html
Çin XİN: İsrailin hərəkətləri özünümüdafiədən kənara çıxıb
Çin XİN: İsrailin hərəkətləri özünümüdafiədən kənara çıxıb
Sputnik Azərbaycan
ÇXR mülki şəxslərə zərər verən bütün hərəkətlərə qarşıdır və onları pisləyir, çünki onlar insan vicdanına ziddir və ən əsası beynəlxalq hüququ pozur. 15.10.2023, Sputnik Azərbaycan
2023-10-15T15:51+0400
2023-10-15T15:51+0400
2023-10-15T15:59+0400
israil
dünya xəbərləri
çin
xin
cəza
fələstin
həmas
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0b/459500271_0:160:3072:1888_1920x0_80_0_0_5743fc94d2cf876a41993766837dbd89.jpg
BAKI, 15 oktyabr - Sputnik. İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağındakı hərəkətləri özünümüdafiədən kənara çıxıb. İsrail hakimiyyətini və hərbçilərini Qəzza zolağında yaşayan fələstinlilərə qarşı “kollektiv cəza”dan əl çəkməyə çağırırıq. Bunu Çinin xarici işlər naziri Van İ bildirib. Van İ Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhanla telefon danışığında deyib ki, Çin mülki şəxslərə zərər verən bütün hərəkətlərə qarşıdır və onları pisləyir, çünki onlar insan vicdanına ziddir və ən əsası beynəlxalq hüququ pozur. Çin Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, İsrail hərbi münaqişənin daha da genişlənməsindən çəkinməli və Fələstinin İslami HƏMAS hərəkatının nümayəndələri ilə dərhal sülh danışıqlarına başlamalıdır. Van İ qeyd edib ki, Çin hazırda atəşkəsi təşviq etmək və müharibəni dayandırmaq üçün bütün tərəflərlə sıx əməkdaşlıq edir. Fələstin-İsrail münaqişəsinin gərginləşməsi oktyabrın 7-də səhər saatlarında HƏMAS hərəkatının İsrailə raket atmağa başlaması ilə başlayıb. Oktyabrın 10-da İsrailin müdafiə naziri Yoav Qalant ordunun Qəzza zolağında genişmiqyaslı hücuma keçdiyini elan edib. Bunun fonunda humanitar vəziyyət daha da pisləşib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0b/459500271_171:0:2902:2048_1920x0_80_0_0_7e66aae200bd7b3ee79efcc1a6ee1791.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
israil, çin, xin, cəza, fələstin, həmas
israil, çin, xin, cəza, fələstin, həmas
Çin XİN: İsrailin hərəkətləri özünümüdafiədən kənara çıxıb
15:51 15.10.2023 (Yenilənib: 15:59 15.10.2023) ÇXR mülki şəxslərə zərər verən bütün hərəkətlərə qarşıdır və onları pisləyir, çünki onlar insan vicdanına ziddir və ən əsası beynəlxalq hüququ pozur.
BAKI, 15 oktyabr - Sputnik. İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağındakı hərəkətləri özünümüdafiədən kənara çıxıb. İsrail hakimiyyətini və hərbçilərini Qəzza zolağında yaşayan fələstinlilərə qarşı “kollektiv cəza”dan əl çəkməyə çağırırıq. Bunu Çinin xarici işlər naziri Van İ bildirib.
Van İ Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhanla telefon danışığında deyib ki, Çin mülki şəxslərə zərər verən bütün hərəkətlərə qarşıdır və onları pisləyir, çünki onlar insan vicdanına ziddir və ən əsası beynəlxalq hüququ pozur.
Çin Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, İsrail hərbi münaqişənin daha da genişlənməsindən çəkinməli və Fələstinin İslami HƏMAS hərəkatının nümayəndələri ilə dərhal sülh danışıqlarına başlamalıdır. Van İ qeyd edib ki, Çin hazırda atəşkəsi təşviq etmək və müharibəni dayandırmaq üçün bütün tərəflərlə sıx əməkdaşlıq edir.
"Çin hesab edir ki, Fələstinə qarşı yarım əsrdən çox davam edən tarixi ədalətsizlik artıq davam edə bilməz", - Çinin xarici işlər naziri əlavə edib.
Fələstin-İsrail münaqişəsinin gərginləşməsi oktyabrın 7-də səhər saatlarında HƏMAS hərəkatının İsrailə raket atmağa başlaması ilə başlayıb. Oktyabrın 10-da İsrailin müdafiə naziri Yoav Qalant ordunun Qəzza zolağında genişmiqyaslı hücuma keçdiyini elan edib. Bunun fonunda humanitar vəziyyət daha da pisləşib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.