SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Belə getsə, Azərbaycan Avropa vasitəçilik formatından imtina edə bilər - Ekspert

© Sputnik / Murad OrujovPolitoloq İlqar Vəlizadə, arxiv
Politoloq İlqar Vəlizadə, arxiv - Sputnik Azərbaycan, 1920, 15.10.2023
Abunə olmaq
Ekspert bildirib ki, Ermənistan tərəfi Azərbaycan hərbi və təhlükəsizlik qüvvələrinin “Dağlıq Qarabağın mülki obyektlərini tərk etməsini” tələb edir və “regionda erməni mədəni irsinə aid abidələrin sökülməsinə qadağa qoyulmasını” təkid edir.
Azərbaycan çətin ki, Avropa vasitəçilik formatını dəstəkləməyə meylli olsun
BAKI, 15 oktyabr - Sputnik. Oktyabrın sonunda Brüsseldə Avropa İttifaqının rəhbəri Şarl Mişelin köməyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında planlaşdırılan görüş ərəfəsində vəziyyətin süni şəkildə gərginləşdiyi və qızışdığı təəssürat yaranır. Bu fikirləri ilə politoloq İlqar Vəlizadə öz teleqram kanalında bölüşüb.
"Oktyabrın 12-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı 2517 (2023) saylı qətnamədə Bakının regionda fəaliyyətini pisləyən qətnamə qəbul edib. Qətnamə Azərbaycanın Qarabağ bölgəsini tərk etmiş ermənilərin geri qaytarılmasını, habelə Şuranın BMT-nin İnsan Hüquqları Komitəsinə və Beynəlxalq Məhkəməyə müraciətini tələb edir. Qətnamə Bakıya qarşı məqsədyönlü təzyiq siyasətinin tərkib hissəsidir və onu əvvəlki hərəkətlərlə, xüsusən də oktyabrın 3-də Avropa Parlamentində anti-Azərbaycan qətnaməsinin qəbulu, eləcə də müvafiq qətnamənin hazırlanması ilə birgə qiymətləndirmək olar. Həmçinin Ermənistanın yaxın tərəfdaşı olan Fransanın təşəbbüsü ilə regional məsələləri müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının növbəti iclası keçiriləcək", - deyə ekspert hadisələrin gedişatına işıq salıb.
© Photo : European UnionAzərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel görüşdən əvvəl, arxiv
Премьер-министр Армении Никол Пашинян, Президент Европейского Совета Шарль Мишель и президент Азербайджана Ильхам Алиев перед встречей в Европейском Совете (31 августа 2022)  - Sputnik Azərbaycan, 1920, 15.10.2023
Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel görüşdən əvvəl, arxiv
Politoloq onu da qeyd edib ki, Ermənistanın özü Beynəlxalq Cinayət Məhkəməsinə iddiası ilə bağlı qərar çıxarmağa çalışır, ona görə Azərbaycanın separatçı rejimin hakimiyyət orqanları tərəfindən verilmiş vətəndaşlıq qeydiyyatı haqqında şəhadətnamələri etibarlı kimi tanımasını və hazırkı və ya keçmiş siyasi nümayəndələrə və hərbi qulluqçular qarşı cəza tədbirləri görməkdən çəkinməsini istəyir. Bundan əlavə, Ermənistan tərəfi Azərbaycan hərbi və təhlükəsizlik qüvvələrinin “Dağlıq Qarabağın mülki obyektlərini tərk etməsini” tələb edir və “regionda erməni mədəni irsinə aid abidələrin sökülməsinə qadağa qoyulmasını” təkid edir:

"Bütün bu tələblər Avropa Parlamentinin, AŞPA-nın əvvəllər qəbul etdiyi qətnamələrin mətnləri, eləcə də Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında keçirilən dinləmələrin gündəliyi ilə təəccüblü şəkildə üst-üstə düşür".

İ.Vəlizadə vurğulayıb ki, Azərbaycan üçün bu tələblərin yerinə yetirilməsi yolverilməzdir və bütün bunlar siyasi təzyiq göstərməklə onun daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirilir.

"Əgər bu cəhd Brüsseldəki görüşdə davam etsə və danışıqların gündəliyində yer tapsa, o zaman Azərbaycan çətin ki, Avropa vasitəçiliyi formatını dəstəkləməyə meylli olsun", - deyə politoloq fikrini tamamlayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0