CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda hava dəyişkən buludlu olacaq

© Sputnik / Murad OrujovBakıda buludlu hava, arxiv
Bakıda buludlu hava, arxiv - Sputnik Azərbaycan, 1920, 14.10.2023
Abunə olmaq
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi rayonlarda duman olacağı gözlənilir.
BAKI, 14 oktyabr — Sputnik. Oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu 16-21° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, rütubət 40-50% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu 19-24° isti, dağlarda 7-12° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0