https://sputnik.az/20231014/bu-ilin-doqquz-ayinda-dovlet-budcesinin-gelir-ve-xercleri---detallar-459610315.html
Bu ilin doqquz ayında dövlət büdcəsinin gəlir və xərcləri - DETALLAR
Bu ilin doqquz ayında dövlət büdcəsinin gəlir və xərcləri - DETALLAR
Sputnik Azərbaycan
Dövlət Neft Fondundan transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 18526,9 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə... 14.10.2023, Sputnik Azərbaycan
2023-10-14T22:06+0400
2023-10-14T22:06+0400
2023-10-14T22:07+0400
iqtisadiyyat
dövlət büdcəsi
maliyyə nazirliyi
işğaldan azad edilmiş ərazilər
qeyri-neft gəlirləri
xərclər
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0b/425925793_0:288:1000:851_1920x0_80_0_0_2ad6a8737f1ba65c020fd9cd675548be.jpg
BAKI, 14 oktyabr - Sputnik. 2023-cü ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 22076,9 milyon manat, xərcləri 23214,5 milyon manat, dövlət büdcəsinin kəsiri isə 1137,6 milyon manat məbləğində olub. Maliyyə Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, Dövlət Neft Fondundan transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 18526,9 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz (və ya 2667,4 milyon manat) artım deməkdir. Dövlət büdcəsinin gəlirləri 2023-cü ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 25248,9 milyon manat proqnoza qarşı 22076,9 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 3172,0 milyon manat və ya 12,6 faiz azdır. 2023-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin daxilolmalarının 12810,7 milyon manatı və ya 58,0 faizi vergi daxilolmalarının, 4706,6 milyon manatı və ya 21,3 faizi gömrük rüsumları və idxala vergi daxilolmalarının, 3550,0 milyon manatı və ya 16,1 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 582,2 milyon manatı və ya 2,7 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 24,4 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 403,0 milyon manatı və ya 1,8 faizi isə digər daxilolmaların payına düşüb. Dövlət büdcəsinin xərcləri 2023-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin xərcləri 23214,5 milyon manat və ya 9 aylıq proqnoza qarşı 0,6 faiz çox icra edilib. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsi xərclərinin 14118,4 milyon manatı və ya 60,8 faizi cari xərclərə, 8382,4 milyon manatı və ya 36,1 faizi əsaslı xərclərə, 713,7 milyon manatı və ya 3,1 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 3741,0 milyon manat məbləğində (2022-ci ilin eyni dövrü ilə müqayisədə 1579,1 milyon manat və ya 1,7 dəfə çox) maliyyələşdirmə aparılıb ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş illik xərclərin 77,9 faizinə bərabərdir. Cari ilin doqquz ayında dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 1588,5 milyon manat məbləğində maliyyələşdirilmə həyata keçirilib ki, bu da dövlət büdcəsində həmin məqsəd üçün nəzərdə tutulmuş illik xərclərin 59,7 faizini təşkil edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0b/425925793_0:101:1000:851_1920x0_80_0_0_efebd5ed8438d94df70b6fce22abc3f9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dövlət büdcəsi, maliyyə nazirliyi, işğaldan azad edilmiş ərazilər, qeyri-neft gəlirləri, xərclər
dövlət büdcəsi, maliyyə nazirliyi, işğaldan azad edilmiş ərazilər, qeyri-neft gəlirləri, xərclər
Bu ilin doqquz ayında dövlət büdcəsinin gəlir və xərcləri - DETALLAR
22:06 14.10.2023 (Yenilənib: 22:07 14.10.2023) Dövlət Neft Fondundan transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 18526,9 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz artım deməkdir.
BAKI, 14 oktyabr - Sputnik. 2023-cü ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 22076,9 milyon manat, xərcləri 23214,5 milyon manat, dövlət büdcəsinin kəsiri isə 1137,6 milyon manat məbləğində olub.
Maliyyə Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, Dövlət Neft Fondundan transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 18526,9 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz (və ya 2667,4 milyon manat) artım deməkdir.
Dövlət büdcəsinin gəlirləri
2023-cü ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 25248,9 milyon manat proqnoza qarşı 22076,9 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 3172,0 milyon manat və ya 12,6 faiz azdır.
2023-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin daxilolmalarının 12810,7 milyon manatı və ya 58,0 faizi vergi daxilolmalarının, 4706,6 milyon manatı və ya 21,3 faizi gömrük rüsumları və idxala vergi daxilolmalarının, 3550,0 milyon manatı və ya 16,1 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 582,2 milyon manatı və ya 2,7 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 24,4 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 403,0 milyon manatı və ya 1,8 faizi isə digər daxilolmaların payına düşüb.
Dövlət büdcəsinin xərcləri
2023-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin xərcləri 23214,5 milyon manat və ya 9 aylıq proqnoza qarşı 0,6 faiz çox icra edilib.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsi xərclərinin 14118,4 milyon manatı və ya 60,8 faizi cari xərclərə, 8382,4 milyon manatı və ya 36,1 faizi əsaslı xərclərə, 713,7 milyon manatı və ya 3,1 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 3741,0 milyon manat məbləğində (2022-ci ilin eyni dövrü ilə müqayisədə 1579,1 milyon manat və ya 1,7 dəfə çox) maliyyələşdirmə aparılıb ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş illik xərclərin 77,9 faizinə bərabərdir.
Cari ilin doqquz ayında dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 1588,5 milyon manat məbləğində maliyyələşdirilmə həyata keçirilib ki, bu da dövlət büdcəsində həmin məqsəd üçün nəzərdə tutulmuş illik xərclərin 59,7 faizini təşkil edir.