Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda ümumi daxili məhsul istehsalı artıb

© Photo : Central Bank of the Republic of AzerbaijanPul
Pul - Sputnik Azərbaycan, 1920, 14.10.2023
Abunə olmaq
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,5 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,0 faiz artıb.
BAKI, 14 oktyabr - Sputnik. 2023-cü ilin yanvar-sentyabr aylarında ölkədə 90812,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,5 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,0 faiz artıb.
ÜDM istehsalının 41,6 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,0 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 8948,8 manata bərabər olub.
Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında ölkədə 80096,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,6 faiz artıb.
ÜDM istehsalının 42,4 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,6 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 7895,0 manata bərabər olub.
Xəbər lenti
0