https://sputnik.az/20231013/turkiye-qezzaya-humanitar-yardim-gonderib-459570608.html
Türkiyə Qəzzaya humanitar yardım göndərib
Türkiyə Qəzzaya humanitar yardım göndərib
Sputnik Azərbaycan
Qeyd olunub ki, göndərilən yardım artıq Misirə çatıb, oradan isə Qəzzaya aparılacaq. 13.10.2023, Sputnik Azərbaycan
2023-10-13T13:01+0400
2023-10-13T13:01+0400
2023-10-13T13:04+0400
qəzza
dünya xəbərləri
yardım
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0a/459457061_0:160:3072:1888_1920x0_80_0_0_4ab9141089e1412ab12dfb2de4b91c08.jpg
BAKI, 13 oktyabr — Sputnik. Türkiyə Qəzzaya humanitar yardım göndərib. Bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, göndərilən yardım artıq Misirə çatıb, oradan isə Qəzzaya aparılacaq. Xatırladaq ki, dünən Türkiyə Böyük Millət Məclisi (TBMM) İsrail-Fələstin müharibəsi ilə bağlı Bəyanat qəbul edib. Türkiyə Böyük Millət Məclisinin sözügedən hadisələrlə bağlı keçirdiyi qapalı iclasının nəticələrinə dair bütün siyasi partiyaların imzaladığı bəyanatda deyilir ki, biz Qəzzada mülki şəxsləri hədəf alındığı bütün hücumları pisləyir, Fələstin və İsraili daimi sülh üçün danışıqlara başlamağa dəvət edirik. Qeyd olunub ki, TBMM bütün tərəfləri sağlam düşüncə ilə hərəkət etməyə dəvət edir. Əlavə edək ki, HƏMAS silahlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS hücumu İsrail hakimiyyətinin Qüdsdə Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab hesab edir. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edərək, Qəzza, Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0a/459457061_171:0:2902:2048_1920x0_80_0_0_fbd3e3d81b1543b075b81e3b6ceb5cac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qəzza, yardım, türkiyə
Türkiyə Qəzzaya humanitar yardım göndərib
13:01 13.10.2023 (Yenilənib: 13:04 13.10.2023) Qeyd olunub ki, göndərilən yardım artıq Misirə çatıb, oradan isə Qəzzaya aparılacaq.
BAKI, 13 oktyabr — Sputnik. Türkiyə Qəzzaya humanitar yardım göndərib. Bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, göndərilən yardım artıq Misirə çatıb, oradan isə Qəzzaya aparılacaq.
Xatırladaq ki, dünən Türkiyə Böyük Millət Məclisi (TBMM) İsrail-Fələstin müharibəsi ilə bağlı Bəyanat qəbul edib.
Türkiyə Böyük Millət Məclisinin sözügedən hadisələrlə bağlı keçirdiyi qapalı iclasının nəticələrinə dair bütün siyasi partiyaların imzaladığı bəyanatda deyilir ki, biz Qəzzada mülki şəxsləri hədəf alındığı bütün hücumları pisləyir, Fələstin və İsraili daimi sülh üçün danışıqlara başlamağa dəvət edirik.
Qeyd olunub ki, TBMM bütün tərəfləri sağlam düşüncə ilə hərəkət etməyə dəvət edir.
Əlavə edək ki, HƏMAS silahlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS hücumu İsrail hakimiyyətinin Qüdsdə Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab hesab edir. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edərək, Qəzza, Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.