DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp Baydeni "Ağ Evi işğal etmiş gülüş obyekti" adlandırıb

© AP Photo / Seth WenigTramp
Tramp  - Sputnik Azərbaycan, 1920, 13.10.2023
Abunə olmaq
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp varisi Co Bayden haqqında xoşagəlməz bir şəkildə danışıb.
BAKI, 13 oktyabr — Sputnik. Çərşənbə günü ABŞ-ın keçmiş Prezidenti Donald Tramp varisi Co Bayden haqqında xoşagəlməz bir şəkildə danışıb, onu bacarıqsızlıqda ittiham edib və birbaşa "Ağ Evi işğal edən" "gülüş obyekti" adlandırıb.

"Quldur Conun dövrü sizə xaos, qan tökülməsi, müharibə, terror və ölümlər bəxş etdi. Bu gün baş verənlərə baxın. Bütün bunlar ona görədir ki, Ağ Evi gülüş obyekti zəbt edib. ABş-ın dünyadakı düşmənləri sadəcə olaraq nə qədər şanslı olduqlarına inana bilmirlər", - Tramp ənənəvi olaraq ABŞ Respublikaçılar Partiyasına sadiq hesab edilən Florida ştatında tərəfdarları qarşısında çıxış edərkən bunları deyib.

Baydenin "səriştəsizliyi" ucbatından baş verən hadisələr arasında keçmiş prezident Fələstin-İsrail münaqişəsinin son günlər gərginləşməsini qeyd edib.
Trampın sözlərinə görə, Bayden administrasiyası dövründə ABŞ-ın mövcud rəqibləri "həqiqətən şanslıdırlar".
"Bütün planetdəki hər bir qorxunc varlıq, yaramaz, diktator və terrorçu - mən onların çoxunu tanıyıram – bilirlər ki, onlar özlərini heç vaxt Quldur Conun dövründə olduğundan daha yaxşı hiss etməyəcəklər", - deyə respublikaçı siyasətçi əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0