Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sahil Babayev: Son beş ildə pensiyalar üzrə ödənişlərə ayrılan illik vəsait 70 faiz artıb

© Sputnik / Murad OrujovƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev - Sputnik Azərbaycan, 1920, 13.10.2023
Abunə olmaq
Nazir qeyd edib ki, 2003-cü ildə orta aylıq pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumundan 2 dəfə aşağı idi. Hazırda bu məbləğ pensiyaçılar üçün yaşayış minimumunu 2,2 dəfə üstələyir.
BAKI, 13 oktyabr — Sputnik. Ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib. Minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə orta aylıq pensiya 14 dəfə, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artıb.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, pensiya üzrə ödənilən illik vəsaitlərin məbləği 30 dəfədən çox artaraq 5 milyard 907 milyon manata çatıb. Təkcə son bir ildə pensiyalar üzrə ödənişlərə ayrılan illik vəsait 1 milyard manata yaxın, son beş ildə isə 2,4 milyard manat - 70 faiz artıb.
Nazir qeyd edib ki, 2003-cü ildə orta aylıq pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumundan 2 dəfə aşağı idi. Hazırda bu məbləğ pensiyaçılar üçün yaşayış minimumunu 2,2 dəfə üstələyir. Yəni, bu dinamikanın özü belə Azərbaycanda atdığı addımların ən bariz təzahürüdür.
Xatırladaq ki, 2023-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1096,6 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Ötən ilin iyulun 1-i ilə müqayisədə qeydiyyatda olan pensiyaçıların cəmi sayı 5,4 faiz, o cümlədən əlilliyə görə pensiya alanların sayı 16,4 faiz, ailə başçısını itirməyə görə pensiya alanların sayı 9,7 faiz azalıb, yaşa görə pensiya alanların sayı isə 0,4 faiz artıb.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq 435,0 manat təşkil edib və orta aylıq əmək haqqının 47,2 faizinə bərabər olub.
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0