https://sputnik.az/20231013/sabah-gunes-tutulmasi-olacaq-459567969.html
Sabah Günəş tutulması olacaq
Sabah Günəş tutulması olacaq
Sputnik Azərbaycan
Tutulma hadisəsi oktyabrın 14-də Bakı vaxtı ilə saat 19:03:45-də başlayacaq və oktyabrın 15-də saat 00:55:11-də sona çatacaq. 13.10.2023, Sputnik Azərbaycan
2023-10-13T13:12+0400
2023-10-13T13:12+0400
2023-10-13T13:12+0400
günəş tutulması
cəmiyyət
saniyə
https://cdnn1.img.sputnik.az/img/42403/96/424039624_0:113:2000:1238_1920x0_80_0_0_bccd631dc162d6fd9b47f890569ec12e.jpg
BAKI, 13 oktyabr — Sputnik. Oktyabrın 14-də 2023-cü ilin 2-ci Günəş tutulması baş verəcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, tutulma halqavari Günəş tutulmasıdır. Ay Yerdən uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq halqa yaranır. Tutulma hadisəsi oktyabrın 14-də Bakı vaxtı ilə saat 19:03:45-də başlayacaq və oktyabrın 15-də saat 00:55:11-də sona çatacaq. Tutulmanın maksimumu saat 21:59:27-də olacaq. Tutulma hadisəsi 5 saat 51 dəqiqə 26 saniyə davam edəcək. Mərkəzi tutulma hadisəsi isə saat 20:10:09-da başlayacaq və 23:48:56-da qurtaracaq. Mərkəzi tutulma prosesi 3 saat 38 dəqiqə 47 saniyə davam edəcək. Bu tutulma hadisəsi Qərbi Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik okean və Arktikada müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42403/96/424039624_99:0:1902:1352_1920x0_80_0_0_a595ebe829a1f23e43f205d96a012cd2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
günəş tutulması, saniyə
Sabah Günəş tutulması olacaq
Tutulma hadisəsi oktyabrın 14-də Bakı vaxtı ilə saat 19:03:45-də başlayacaq və oktyabrın 15-də saat 00:55:11-də sona çatacaq.
BAKI, 13 oktyabr — Sputnik. Oktyabrın 14-də 2023-cü ilin 2-ci Günəş tutulması baş verəcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, tutulma halqavari Günəş tutulmasıdır.
Ay Yerdən uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq halqa yaranır.
Tutulma hadisəsi oktyabrın 14-də Bakı vaxtı ilə saat 19:03:45-də başlayacaq və oktyabrın 15-də saat 00:55:11-də sona çatacaq. Tutulmanın maksimumu saat 21:59:27-də olacaq. Tutulma hadisəsi 5 saat 51 dəqiqə 26 saniyə davam edəcək. Mərkəzi tutulma hadisəsi isə saat 20:10:09-da başlayacaq və 23:48:56-da qurtaracaq. Mərkəzi tutulma prosesi 3 saat 38 dəqiqə 47 saniyə davam edəcək.
Bu tutulma hadisəsi Qərbi Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik okean və Arktikada müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.