DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran XİN rəhbəri Beyrutda "Hizbullah" lideri ilə görüşüb

© Maxim SHEMETOV / POOL / AFPİran XİN rəhbəri
İran XİN rəhbəri - Sputnik Azərbaycan, 1920, 13.10.2023
Abunə olmaq
Danışıqlar zamanı Abdullahian və Nəsrullah Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər.
BAKI, 13 oktyabr — Sputnik. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Beyruta səfəri çərçivəsində "Hizbullah" lideri Həsən Nəsrullahla görüşüb.
Bu barədə "Al Manar" telekanalı məlumat yayıb.
Danışıqlar zamanı Abdullahian və Nəsrullah Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, HƏMAS silahlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS hücumu İsrail hakimiyyətinin Qüdsdə Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab hesab edir. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edərək, Qəzza, Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı "Əl-Əqsa Tufanı" əməliyyatı elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib. İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatda olan hərbçilərin geniş şəkildə səfərbər olunmasına göstəriş verdiyini bildirib. İsrail ordusu Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb. Hazırda İsrail Qəzza zolağında mülki şəxslər də daxil olmaqla hədəflərə aviazərbələr endirilir.
Münaqişənin kəskinləşməsi fonunda bir sıra dövlətlər öz vətəndaşlarını İsraildən çıxarmağa başlayıblar.
Xəbər lenti
0