Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Növbəti 22 ailə Füzuliyə yola salınıb - Böyük Qayıdış

© Photo : AZƏRTAGNövbəti 22 ailə Füzuliyə yola salınıb
Növbəti 22 ailə Füzuliyə yola salınıb - Sputnik Azərbaycan, 1920, 13.10.2023
Abunə olmaq
Ümumilikdə Füzuli şəhərində 230 ailənin - 811 nəfərin daimi məskunlaşması nəzərdə tutulub.
BAKI, 13 oktyabr - Sputnik. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Azərtac-ın xəbərinə görə, oktyabrın 13-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 62 nəfər köçürülüb.
© Photo : AZƏRTAGNövbəti 22 ailə Füzuliyə yola salınıb
Növbəti 22 ailə Füzuliyə yola salınıb - Sputnik Azərbaycan, 1920, 13.10.2023
Növbəti 22 ailə Füzuliyə yola salınıb
Abadlaşan və daha da gözəlləşən Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə böyük ehtiram duyduqlarını dilə gətiriblər.
© Photo : AZƏRTAGNövbəti 22 ailə Füzuliyə yola salınıb
Növbəti 22 ailə Füzuliyə yola salınıb - Sputnik Azərbaycan, 1920, 13.10.2023
Növbəti 22 ailə Füzuliyə yola salınıb
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü olaraq, təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Beləliklə, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 230 ailənin, yəni, 811 nəfərin daimi məskunlaşması təmin ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0