https://sputnik.az/20231013/nazir-susada-dost-merkezinin-fealiyyete-baslamasi-planlasdirilir-459573271.html
Nazir: Şuşada DOST Mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır
Nazir: Şuşada DOST Mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır
Sputnik Azərbaycan
Nazir bildirib ki, bu gün xidmətlərimizin 90 faizindən çoxu, başqa sözlə, 140 xidmət tam şəkildə elektronlaşıb. 13.10.2023, Sputnik Azərbaycan
2023-10-13T15:04+0400
2023-10-13T15:04+0400
2023-10-13T15:04+0400
dost iş mərkəzi
heydər əliyev ili
sahil babayev
dost agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1e/426573806_0:0:3153:1773_1920x0_80_0_0_be89deb9f1ad61dbfd4682f4599406c5.jpg
BAKI, 13 oktyabr — Sputnik. Yaxın dövrlərdə Şuşada DOST Mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır. Eyni zamanda, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Şəbəkəsi də genişləndirilir. Bərdə və İsmayıllıda inklüziv mərkəzlərin yaradılması istiqamətində işlər yekunlaşdırılır. Paralel olaraq sosial xidmətlərin elektronlaşması sahəsində də mühüm nailiyyətlər əldə edilir. Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsində keçirilən "Heydər Əliyev - 100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti" mövzusunda elmi-praktik konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, bu gün xidmətlərimizin 90 faizindən çoxu, başqa sözlə, 140 xidmət tam şəkildə elektronlaşıb:Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyevin yeni, müasir və yüksək səviyyədə davam etdirdiyi müdrik və uzaqgörən milli inkişaf strategiyası, son 20 ildə Azərbaycanın böyük tarixi uğurları möhtəşəm Zəfərə, eyni zamanda, mühüm sosial irəliləyişlərə nail olunmasını təmin edir. Bu müdrik və uzaqgörən siyasət bundan sonra da ölkəmizi dinamik inkişaf yolunda hər zaman qələbələrə və zirvələrə doğru aparacaq. Xatırladaq ki, sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə yaradılan DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 229 nömrəli 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin Nizamnaməsi və Strukturu Azərbaycan Respublikası Prezidentinin 387 nömrəli 10 dekabr 2018-ci il tarixli Fərmanına əsasən təsdiq olunub. 9 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk "DOST" mərkəzinin açılışı baş tutub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1e/426573806_0:0:2729:2047_1920x0_80_0_0_f874d891085aed9f694f2aa3db410334.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dost iş mərkəzi, sahil babayev, dost agentliyi
dost iş mərkəzi, sahil babayev, dost agentliyi
Nazir: Şuşada DOST Mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır
Nazir bildirib ki, bu gün xidmətlərimizin 90 faizindən çoxu, başqa sözlə, 140 xidmət tam şəkildə elektronlaşıb.
BAKI, 13 oktyabr — Sputnik. Yaxın dövrlərdə Şuşada DOST Mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır. Eyni zamanda, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Şəbəkəsi də genişləndirilir. Bərdə və İsmayıllıda inklüziv mərkəzlərin yaradılması istiqamətində işlər yekunlaşdırılır. Paralel olaraq sosial xidmətlərin elektronlaşması sahəsində də mühüm nailiyyətlər əldə edilir.
Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsində keçirilən "Heydər Əliyev - 100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti" mövzusunda elmi-praktik konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu gün xidmətlərimizin 90 faizindən çoxu, başqa sözlə, 140 xidmət tam şəkildə elektronlaşıb:
"Ümumilikdə cari ilin doqquz ayı ərzində Nazirliyin elektron xidmətlərindən istifadə, elektron müraciət, elektron sorğu, dövlət qurumları ilə inteqrasiya çərçivəsində göstərilən xidmətləri götürsək, ümumilikdə 278 milyon xidmət göstərilib. Cəmi 10 milyonluq əhalisi olan bir ölkə üçün bu, kifayət qədər ciddi və böyük bir rəqəmdir".
Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyevin yeni, müasir və yüksək səviyyədə davam etdirdiyi müdrik və uzaqgörən milli inkişaf strategiyası, son 20 ildə Azərbaycanın böyük tarixi uğurları möhtəşəm Zəfərə, eyni zamanda, mühüm sosial irəliləyişlərə nail olunmasını təmin edir. Bu müdrik və uzaqgörən siyasət bundan sonra da ölkəmizi dinamik inkişaf yolunda hər zaman qələbələrə və zirvələrə doğru aparacaq.
Xatırladaq ki, sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə yaradılan DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 229 nömrəli 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin Nizamnaməsi və Strukturu Azərbaycan Respublikası Prezidentinin 387 nömrəli 10 dekabr 2018-ci il tarixli Fərmanına əsasən təsdiq olunub. 9 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk "DOST" mərkəzinin açılışı baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.