Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

Prezident İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 13.10.2023
Abunə olmaq
Dövlət başçısı bildirib ki, Azərbaycan Qırğızıstanda investisiya layihələrini həyata keçirməyə başlayıb.
BAKI, 13 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri oktyabrın 13-də başa çatıb.
Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini rəsmi şəxslər yola salıblar.
14:01
Qırğızıstan-Azərbaycan arasında qardaşlıq münasibətləri uğurla inkişaf edir
Qırğızıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir. Bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında bildirib.

"Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə olunmuş razılaşmalar yerinə yetirilir. Azərbaycan Qırğızıstanda investisiya layihələrini həyata keçirməyə başlayıb. Əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradılıb", - deyən dövlətimizin başçısı Qırğızıstan rəhbərliyini ölkənin sosial-iqtisadi inkişafında uğurları münasibətilə təbrik edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasına səfərə gedib.
Oktyabrın 12-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0