Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Cari ildə Rusiya qazının Avropaya tədarükü 2021-ci ilə nisbətən az olacaq

© Sputnik / Murad OrujovRusiya baş nazirinin müavini Aleksandr Novak, arxiv
Rusiya baş nazirinin müavini Aleksandr Novak, arxiv - Sputnik Azərbaycan, 1920, 13.10.2023
Abunə olmaq
Rusiya neftinə endirim demək olar ki, üç dəfə azalaraq bir barel üçün 11-12 dollar təşkil edib.
BAKI, 13 oktyabr — Sputnik. Bu ilin sonunda Rusiya qazının Avropaya tədarükü 2021-ci il səviyyəsindən üçdə iki az dəfə olacaq. Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak "RT Arabic"ə müsahibəsində bildirib.
"Rusiya qazı ucuz və etibarlıdır. Bəli, həcmlər azalıb. Hazırda əvvəlkindən xeyli az tədarük edilir. Bu ilin sonunda həcm 2021-ci illə müqayisədə, təxminən üçdə iki azalacaq", - deyə o, bəyan edib.
Novak onu da bildirib ki, "Qazprom" İranda qaz qovşağının mümkün yaradılması məsələsini araşdıracaq.

"Düşünürəm ki, bizim "Qazprom" şirkətimiz bu məsələni araşdıracaq və əgər bu, həqiqətən də real və potensial olaraq yaxşı layihədirsə, təbii ki, bu layihədə iştirak edəcək. Ancaq onu qiymətləndirməli və öyrənməliyik", - deyə o, sözünə davam edib.

Rusiya baş nazirinin müavininin sözlərinə görə, Rusiya Federasiyası qaz qovşağının yaradılması üçün yol xəritəsi hazırlayaraq Türkiyəyə göndərib, Türkiyə bunu nəzərdən keçirir.
"Hazırda bu layihə müzakirə mərhələsindədir, yol xəritəsi hazırlanıb və türkiyəli tərəfdaşlara göndərilib. Hazırda onlar bunu nəzərdən keçirirlər. İmzalanan kimi tədbirlər planına uyğun olaraq həyata keçiriləcək".
Novak onu da qeyd edib ki, Rusiya nefti üçün dünya bazarında güclü rəqabət olması səbəbindən ilin əvvəlindən Rusiya neftinə endirim demək olar ki, üç dəfə azalaraq bir barel üçün 11-12 dollar təşkil edib.
"Biz ilin əvvəlində neftimizə endirimin bir barrel üçün 35-38 dollara çatdığını gördük. Bu gün bu rəqəm, təxminən 11-12 dollar təşkil edir. Bu o deməkdir ki, tədarük stabilləşib, nəqliyyat və logistika zəncirləri sabitləşib, biz dost ölkələrimizlə yeni bazarlar və şirkətlərin iştirakı ilə bağlı razılığa gəlmişik. Hazırda məhsullarımız üçün böyük rəqabət var və təbii ki, bazar tələbatı endirimin azaldılmasını formalaşdırır", - deyə Novak bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0