https://sputnik.az/20231013/azerbaycanin-aspa-da-numayende-heyeti-etiraz-beyanati-yayib-459596151.html
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti etiraz bəyanatı yayıb
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti etiraz bəyanatı yayıb
Sputnik Azərbaycan
Fransa və Avropanın bir sıra digər ölkələrinin ermənipərəst siyasətçiləri erməni lobbisindən ani dividentlər qazanmaq naminə Azərbaycanın regionda başlatdığı... 13.10.2023, Sputnik Azərbaycan
2023-10-13T21:25+0400
2023-10-13T21:25+0400
2023-10-13T21:58+0400
siyasət
aşpa
aşpa-dakı nümayəndə heyəti
fransa
ermənistan
https://cdnn1.img.sputnik.az/img/41102/06/411020604_0:318:3076:2048_1920x0_80_0_0_c334b9a0b0ba19469a6aa4efdbe86291.jpg
BAKI, 13 oktyabr - Sputnik. Avropa Şurasının Parlament Assambleyası (AŞPA) oktyabrın 12-də Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlardan uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, qərəz və yalanlardan qaynaqlanan qətnamə və tövsiyə sənədi qəbul edib.Azərbaycanın AŞPA-da nümayəndə heyəti bununla bağlı etiraz bəyanatı yayıb.Bəyanatda qeyd edilib ki, bu sənədlərdə regionda mövcud olmuş münaqişənin kökündə dayanan, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, onun ardınca ölkəmizə münasibətdə törədilmiş hərbi işğal və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması tamamilə diqqətdən kənar buraxılıb. Bu, əslində, Avropa Şurasının Azərbaycana göstərdiyi ədalətsiz yanaşmanın növbəti təzahürüdür.Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədləri təhrif edilərək, ölkəmizə qarşı əsassız iddialar səsləndilir. Bu mənada, həmin tədbirlərin Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılması və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyi göz ardı edilir. Həmçinin, Qarabağ regionunun erməniəsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqtasiyası istiqamətində atılan addımlara lazımi qiymət verilmədən, regiondakı gələcək davamlı sülh üçün əlavə maneələr yaradılır. Görünən odur ki, Fransa və Avropanın bir sıra digər ölkələrinin ermənipərəst siyasətçiləri erməni lobbisindən ani dividentlər qazanmaq naminə Azərbaycanın regionda başlatdığı normallaşma prosesinə süni əngəllər törətməyə və ölkəmizin haqq işinə kölgə salmağa çalışırlar.“AŞPA-da Azərbaycanın nümayəndə heyəti olaraq, ölkəmizə qarşı nümayiş etdirilən bu ədalətsiz yanaşmanı qətiyyətlə rədd edir və bunu Avropa Şurası daxilində demokratik dəyərlərin iflasa uğramasının bariz nümunəsi kimi qəbul edirik”, - bəyanatda bildirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41102/06/411020604_207:0:2938:2048_1920x0_80_0_0_3650e4b1cb0b81898fce6fdf0a1b5fc9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aşpa, aşpa-dakı nümayəndə heyəti, fransa, ermənistan
aşpa, aşpa-dakı nümayəndə heyəti, fransa, ermənistan
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti etiraz bəyanatı yayıb
21:25 13.10.2023 (Yenilənib: 21:58 13.10.2023) Fransa və Avropanın bir sıra digər ölkələrinin ermənipərəst siyasətçiləri erməni lobbisindən ani dividentlər qazanmaq naminə Azərbaycanın regionda başlatdığı normallaşma prosesinə süni əngəllər törətməyə çalışırlar.
BAKI, 13 oktyabr - Sputnik. Avropa Şurasının Parlament Assambleyası (AŞPA) oktyabrın 12-də Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlardan uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, qərəz və yalanlardan qaynaqlanan qətnamə və tövsiyə sənədi qəbul edib.
Azərbaycanın AŞPA-da nümayəndə heyəti bununla bağlı etiraz bəyanatı yayıb.
Bəyanatda qeyd edilib ki, bu sənədlərdə regionda mövcud olmuş münaqişənin kökündə dayanan, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, onun ardınca ölkəmizə münasibətdə törədilmiş hərbi işğal və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması tamamilə diqqətdən kənar buraxılıb. Bu, əslində, Avropa Şurasının Azərbaycana göstərdiyi ədalətsiz yanaşmanın növbəti təzahürüdür.
Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədləri təhrif edilərək, ölkəmizə qarşı əsassız iddialar səsləndilir. Bu mənada, həmin tədbirlərin Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılması və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyi göz ardı edilir. Həmçinin, Qarabağ regionunun erməniəsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqtasiyası istiqamətində atılan addımlara lazımi qiymət verilmədən, regiondakı gələcək davamlı sülh üçün əlavə maneələr yaradılır.
Görünən odur ki, Fransa və Avropanın bir sıra digər ölkələrinin ermənipərəst siyasətçiləri erməni lobbisindən ani dividentlər qazanmaq naminə Azərbaycanın regionda başlatdığı normallaşma prosesinə süni əngəllər törətməyə və ölkəmizin haqq işinə kölgə salmağa çalışırlar.
“AŞPA-da Azərbaycanın nümayəndə heyəti olaraq, ölkəmizə qarşı nümayiş etdirilən bu ədalətsiz yanaşmanı qətiyyətlə rədd edir və bunu Avropa Şurası daxilində demokratik dəyərlərin iflasa uğramasının bariz nümunəsi kimi qəbul edirik”, - bəyanatda bildirilib.