NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycanda bu il 32 mlrd. manatlıq neft və qaz hasil edilib

© AFP 2024 / JUAN BARRETOqaz
qaz  - Sputnik Azərbaycan, 1920, 13.10.2023
Abunə olmaq
Məlumata əsasən, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 22 513,8 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 26 868,8 mln. kubmetr təşkil edib.
BAKI, 13 oktyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 34 363,3 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4% azalıb. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin aylıq hesabatında göstərilib.
Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 32 382,7 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 2,3% azdır.
Məlumata əsasən, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 22 513,8 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 26 868,8 mln. kubmetr təşkil edib.
"Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8% azalıb, əmtəəlik qaz hasilatı isə 4,6% artıb", - hesabatda qeyd olunur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda cəmi 22 603,5 min ton neft (7,7% azalma) və 35 900,7 mln. kubmetr qaz (4,4% artım) hasil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0